Tarix : 2020 Oct 13
Kod 60375

AMİP Ermənistanın mülki əhaliyə qarşı törətdiyi terror aktlarını pisləyib

Milli İstiqlal partiyaları Ermənistanın mülki əhaliyə qarşı törətdiyi terror aktlarını pisləyib.

Arannews-MHP-nin yaydığı bəyanatda deyilir: Humanitar atəşkəsin müəyyən olunduğu vaxtdan dərhal sonra Azərbaycanın Ağdam və Tərtər rayonlarının Ermənistan silahlı qüvvələri tərəfindən artilleriya atəşinə tutulması, cəbhənin Hadrut və Cəbrayıl istiqamətlərindəki hücum cəhdləri, Suqovşan ərazisində erməni əsgərlərinin cəsədlərini yığan və üzərinə ağ bayraq sancılan sanitar maşının erməni hərbi birləşmələri tərəfindən atəşə tutulması və gecə saatlarında Azərbaycanın ikinci böyük şəhəri olan və cəbhə bölgəsindən xeyli kənarda yerləşən Gəncə şəhərinin raket atəşinə məruz qalması ilə qadınlar və azyaşlı uşaqlar da daxil olmaqla mülki əhaliyə qarşı terror aktı törədilməsi Ermənistanın mahiyyət etibarı ilə terrorçu dövlət olduğunu və heç bir razılaşmaya əməl etməyəcəyini bir daha ortaya qoydu.

Azərbaycan Milli İstiqlal Partiyası bəyan edir ki, bütün baş verənlərdə təcavüzkar Ermənistan və bilavasitə ona havadarlıq edən dövlətlər, eləcə də uzun illər ərzində problemin həll olunması missiyasını öz üzərinə götürsə də faktiki olaraq mövcud status-kvonun saxlanılmasında maraqlı olan ATƏT-in Minsk qrupunun həmsədrləri  məsuliyyət daşıyırlar. Hesab edirik ki, erməni tərəfinin atdığı addımlar fonunda ona son şans olaraq tanınan Moskva razılaşması da faktiki olaraq əhəmiyyətini itirmiş və qüvvədən düşmüş hesab olunmalıdır. 

  • Yazılıb
  • da (də) 2020 Oct 13
  • Göndərən جهان کمالی