Tarix : 2020 Oct 15
Kod 60388

Sergey Lavrov: mərhələli plan, Qarabağda sülhməramlılar və Türkiyənin rolu haqqında

Dağlıq Qarabağda siyasi nizamlanma artıq mövcud olan razılaşmaların həyata keçirilməsi ilə paralel getməlidir. Bu barədə RF XİN başçısı Sergey Lavrov çərşənbə günü Rusiya KİV-lərinə müsahibəsində bildirib.

“Arannews-Həmsədrlərin işləyib hazırladığı və hazırlamağa davam etdiyi təkliflər danışıqlar masasındadır. Onların məzmunu artıq məlumdur. Bu, Qarabağın təhlükəsizliyinə verilən zəmanətə riayət olunmaqla və Qarabağın yekun statusu müəyyən edilənə qədər Qarabağ və Ermənistan arasında etibarlı əlaqə təmin edilməklə Qarabağ ətrafındakı rayonların mərhələli şəkildə, tədricən azad edilməsidir”, deyə o bildirib.

Son zamanlar yaşanan xoşagəlməz hadisələr bu siyasi prosesi fəallaşdırmağa kömək etməlidir, deyə Lavrov qeyd edib.

Onun sözlərinə görə, atəşkəs rejiminə riayət olunmasına nəzarət üçün Dağlıq Qarabağa sülhməramlılar göndərilməlidir.

“Birinci mərhələdə iki rayonun azad edilməsi ilə yanaşı, bütün kommunikasiyalar, iqtisadi əlaqələr, nəqliyyat əlaqələri açılardı və hərbi əməliyyatların bərpa edilməyəcəyinə zəmanət verəcək sülhməramlılar yerləşdirilərdi”, deyə Lavrov bildirib.

Bu münaqişədə Türkiyənin mövqeyini şərh edən Lavrov deyib ki, Rusiya Türkiyənin Qarabağla bağlı mövqeyi ilə razı deyil və Ankaranın münaqişənin hərbi yolla həlli mümkünlüyü haqqında fikrini bölüşmür.

O, həmçinin atəşkəs rejiminin hə

  • Yazılıb
  • da (də) 2020 Oct 15
  • Göndərən جهان کمالی