Tarix : 2020 Oct 20
Kod 60407

Tbilisidə Gəncə terrorlarına etiraz bildirildi

Tbilisidə Gəncə terrorlarının qurbanlarının xatirəsinə həsr olunan aksiya davam edir.

Arannews-Aksiyaçılar terror aktları zamanı həlak olanların və şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
İştirakçılar Ermənistanın dinc insanlara qarşı terror, insanlığa sığmayan qanlı cinayətlərini kəskin şəkildə qınayıblar.
Aksiyada "Qarabağ Azərbaycandır!", "Yaşasın Azərbaycan!", "Azərbaycan var olsun, düşmənləri kor olsun!", "Ermənistan terroruna yox!" şüarları səsləndirilir.
Gürcü tarixçi Quram Marxuliya çıxışında deyib ki, 30 ilə yaxındır dünya ictimaiyyəti Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə nail olmayıb: "Azərbaycan tarixi torpaqlarını erməni işğalından xilas edir, ərazi bütövlüyünü bərpa edir. Erməni silahlı birləşmələri döyüş meydanından uzaqda yerləşən Azərbaycan şəhərlərini, dinc sakinləri raket hücumlarına məruz qoyur. Bu onu göstərir ki, Ermənistan Azərbaycanın qüdrətli Ordusunun qarşısında müqavimət göstərmək qabiliyyətinə malik deyil. Dünya birliyi Ermənistanın müharibə cinayətlərini qınamalıdır".

  • Yazılıb
  • da (də) 2020 Oct 20
  • Göndərən جهان کمالی