Rusiya ABŞ-a strateji hücum silahlarının ixtisarı müqaviləsi çərçivəsində nüvə başlıqlarını bir il müddətinə dondurmağı təklif edib. "Qazeta.ru"-nun xəbərinə görə, bu barədə Rusiyanın Xarici İşlər Nazirliyi məlumat yayıb.
Arannews-Rusiya strateji hücum silahlarının ixtisarı müqaviləsini daha bir il müddətinə uzatmağa və bununla yanaşı, ABŞ-la birlikdə hər iki tərəfdə olan nüvə başlıqlarının hazırkı dövrdə dondurulması barədə siyasi öhdəlik götürməyə hazırdır" - nazirliyin məlumatında bildirilib.
Qeyd edək ki, ABŞ-la Rusiya arasında strateji hücum silahlarının ixtisarı müqaviləsi 2010-cu ildə 10 il müddətinə imzalanıb. Hazırda silahlara nəzarət mexanizmi məsələsinə yenidən baxılır.