Tarix : 2020 Oct 22
Kod 60419

İlahiyyatçı Maarif Səfərov Qarabağ uğrunda döyüşlərdə şəhadətə ucaldı

İlahiyyatçı Maarif Səfərov şəhadət məqamına ucalıb

Arannews-islamazeri.com xəbər verir ki, ilahiyyatçı Maarif Səfərov Qarabağ uğrunda gedən döyüşlərdə şəhid olub.
Bununla bağlı təhsil aldığı təhsil ocağının rəhbərliyi bəyanat yayıb.
Bəyanatda deyilir:
"Bağışlayan və mehriban Allahın adı ilə
Şəhidlik böyük zəfərdir, Allahın saleh bəndələrin çoxu bir ömür bu məqamı anlamaq üçün razü-niyaz etmişlər. Amma Allahın bu xüsusi dəvəti yalnız, bəzi məxsus və xalis bəndələrinə şamil olmuşdur. Onlar da müsəlmanların ərazi bütövlükərini qorumaq üçün bu yolda canlarını mənnan Allaha təslim etmişlər.
Azərbaycanın qədim şiə və müsəlman əsilli camaatı neçə illərdir ki, vəhşi Erməni cinayətkar qrupunun hücumuna məruz qalmışdır, həm islam məmləkəti olan əziz Qarabağ işğal olunmuşdur, həm də məzlum insanlar öz yurdlarından didərgin düşmüşdür və çoxlu cavanlar öz milli və dini heysiyyətini müdafiə yolunda öz canlarını fəda etmişlər.
Camiətül Mustafa Təbriz nümayəndəliyində bizim əziz, səfalı, calışqan tələbəmiz olan Maarif Səfərov öz din və ölkəsinə xidməti nəticəsində necə də xoşbəxt sonluğa yetişdi.
O, bəsirət, agahlıq və şəhidlər sərvəri İmam Hüseynin(ə) "mənə bir kömək edən varmı?" nidasına Ləbbeyk deyərək ayağını işğal olunmuş Qarabağ torpağına qoyaraq çox tez zamanda şəhadət şərbətini nuş elədi.
Bu əziz tələbənin uca ruhunun ucalması münasibətilə, onun əziz ailəsinə, şücaətli Azərbaycan xalqına və xüsusən tələbə yoldaşlarına təbrik edir və başsağlığı verirəm.
Əbədi mənzildə ruhu şad və şəhidlərə qonaq olsun.
Mehdi Bəxtavər
Camiətül Mustafa, Təbriz nümayəndəliyi
21 oktayabr, 2020

Mütərcim: Səməd Nəzərov"

  • Yazılıb
  • da (də) 2020 Oct 22
  • Göndərən جهان کمالی