Tarix : 2020 Oct 23
Kod 60421

Təbrizin inqilabçı əhalisi Azərbaycanın Qarabağ müharibəsində şəhid olmuş hüseynçi əsgərini anıb

Azərbaycan Respublikasının İmam Hüseyn (ə) Ərbəini səfərinin aşiq və müsafirlərindən olan şəhid Marif Səfərov döyüş meydanında rəşadət göstərərək şəhadətə qovuşub. Şəhid Marif həzrət Seyyidüş-şühədanın (ə) ziyarətinə yollandığı bu aşiqanə və əzəmətli səfəri boyunca “Ləbbeyk ya Xamenei” yazılmış alınlığını başından açmayıb.
AranNews – Bu gün Təbrizin bir qrup inqilabçı gənci gül dəstələri və fatihə oxumaqla şəhid Marif və bütün İslam dünyası şəhidlərinin xatirəsini uca tutub.
Uca Allahın və Onun saleh bəndələrinin salamı olsun tarix şəhidləri, İslam şəhidləri, İran İslam İnqilabı şəhidləri və Qarabağı azad etmək uğrunda İslam torpaqlarını müdafiə edən Azərbaycan Respublikası şəhidlərinin pak ruhlarına!
Son Qarabağ döyüşlərinin əziz şəhidlərinin ata-analarına başsağlığı verməklə yanaşı, bu şəhadət münasibətilə təbrik edirik, Allahdan onlar üçün səbr və şəhidlərin yolunu davam etdirmək üçün tövfiq diləyirik.
Bu gün şəhid Marif Səfərov döyüş meydanında rəşadət göstərdikdən sonra şəhadət məqamına nail oldu və özünün qədim arzusuna yetişdi. O, İmam Hüseynin (ə) Ərbəin zəvvarı və İmam Hüseyn (ə) aşiqi idi. Şəhid Marif həzrət Seyyidüş-şühədanın (ə) ziyarətinə yollandığı bu aşiqanə və əzəmətli səfəri boyunca “Ləbbeyk ya Xamenei” yazılmış alınlığını başından açmadı.
Xatirəsi uca, yolu bərəkətli olsun!

























 
  • Yazılıb
  • da (də) 2020 Oct 23
  • Göndərən جهان کمالی