Azərbaycan Ordusunun sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-həmlə əməliyyatı nəticəsində oktyabrın 22-dək 3 şəhər, 3 qəsəbə və 133 kənd işğaldan azad edilib. İndiyədək Cəbrayıl şəhəri və rayonun 50 kəndi, Füzuli şəhəri və rayonun 30 kəndi, Zəngilan şəhəri, rayonun Mincivan, Ağbənd qəsəbələri və 32 kəndi, Xocavənd rayonunun Hadrut qəsəbəsi və 18 kəndi, Tərtər rayonunun 3, həmçinin Ağdərə rayonu və Murovdağ istiqamətlərində strateji yüksəkliklər azad olunub.
   Arannews-AZƏRTAC-a istinadla düşmən işğalından azad olunmuş şəhər, qəsəbə və kəndlərimizin siyahısını təqdim edir:
 
27 sentyabr
 
Füzuli rayonunun Qaraxanbəyli, Qərvənd, Kənd Horadiz, Yuxarı Əbdürrəhmanlı kəndləri
 
 Cəbrayıl rayonunun Böyük Mərcanlı, Nüzgar kəndləri
 
Ağdərə və Murovdağ istiqamətlərində yüksəkliklər
 
 3 oktyabr
Tərtər rayonunun Suqovuşan və Talış kəndləri
 Cəbrayıl rayonunun Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy, Quycaq kəndləri
 
 Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndi
 
4 oktyabr
 
 Cəbrayıl şəhəri və rayonun Karxulu, Şükürbəyli, Yuxarı Maralyan, Çərəkən, Daşkəsən, Horovlu, Decal, Mahmudlu, Cəfərabad kəndləri
 
 9 oktyabr
 
 Xocavənd rayonunun Hadrut qəsəbəsi və Sur kəndi
 
 Cəbrayıl rayonunun Qaracallı, Süleymanlı, Əfəndilər və Qışlaq kəndləri
 
Füzuli rayonunun Yuxarı Güzlək, Görəzilli kəndləri
 
Tərtər rayonunun Çaylı kəndi
 
14 oktyabr
 
 Füzuli rayonunun Qaradağlı, Xatunbulaq, Qarakollu kəndləri
 
 Xocavənd rayonunun Bulutan, Məlikcanlı, Kəmərtük, Təkə, Tağaser kəndləri
 
 15 oktyabr
 
 Xocavənd rayonunun Edişə, Düdükçü, Edilli, Çiraquz kəndləri
 
 Füzuli rayonunun Arış kəndi
 
 Cəbrayıl rayonunun Doşulu kəndi
 
16 oktyabr
 
 Xocavənd rayonunun Xırmancıq, Ağbulaq, Axullu kəndləri
 
 17 oktyabr
 
 Füzuli rayonunun Qoçəhmədli, Çimən, Cuvarlı, Pirəhmədli, Musabəyli, İşıqlı, Dədəli kəndləri və Füzuli şəhəri
 
 18 oktyabr
 
Xudafərin körpüsü üzərində Azərbaycan bayrağının qaldırıldı
 
 19 oktyabr
 
 Cəbrayıl rayonunun Soltanlı, Əmirvarlı, Maşanlı, Həsənli, Əlikeyxanlı, Qumlaq, Hacılı, Göyərçinveysəlli, Niyazqullar, Keçəl Məmmədli, Şahvəlli, Hacı İsmayıllı, İsaqlı kəndləri
 
20 oktyabr
 
 Zəngilan rayonunun Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Muğanlı kəndləri və Zəngilan şəhəri
 
 Füzuli rayonunun Dördçinar, Kürdlər, Yuxarı Əbdürrəhmanlı, Qarğabazar, Aşağı Veysəlli, Yuxarı Aybasanlı kəndləri
 
 Cəbrayıl rayonunun Safarşa, Həsənqaydı, Fuğanlı, İmambağı, Daş Veysəlli, Ağtəpə, Yarəhmədli kəndləri
 
 Xocavənd rayonunun Ağcakənd, Mülküdərə, Daşbaşı, Günəşli (Noraşen), Çinarlı (Vəng) kəndləri
 
 21 oktyabr
 
 Zəngilan rayonunun Mincivan qəsəbəsi, Xurama, Xumarlı, Sarıl, Babaylı, Üçüncü Ağalı, Hacallı, Qırax Müşlan, Üdgün, Turabad, İçəri Müşlan, Məlikli, Cahangirbəyli, Baharlı kəndləri
 
 Cəbrayıl rayonunun Balyand, Papı, Tulus, Hacılı, Tinli kəndləri
 
 Füzuli rayonunun Gecəgözlü, Aşağı Seyidəhmədli, Zərgər kəndləri
 
22 oktyabr
Zəngilan rayonunun Kolluqışlaq, Malatkeşin, Kənd Zəngilan, Genlik, Vəliqulubəyli, Qaradərə, Çöpədərə, Tatar, Tiri, Əmirxanlı, Qarqulu, Bartaz, Dəlləkli kəndləri və Ağbənd qəsəbəsi
 
 Cəbrayıl rayonunun Sirik, Şıxlar, Məstalıbəyli, Dərzili kəndləri
 
 Füzuli rayonunun Mollavəli, Yuxarı Rəfədinli, Aşağı Rəfədinli kəndləri