Hacı Mövsüm Səmədov:
Azərbaycan dövləti isə bu döyüşləri işğalçı ermənilərə verilən bir şans kimi deyil, əksinə, bunu Azərbaycan xalqının öz hazırkı dövlətinə verdiyi bir şans kimi qiymətləndirməli və bundan düzgün istifadə etməlidir. Əks halda, gələcəkdə belə bir gözəl fürsətin yenidən yaranması
Arannews-Başlatdığımız bu müqəddəs döyüş, torpaqlarımızın azadlığını təmin etməkdən əlavə həm də boynumuzda olan tarixi bir missiyadır. Bu günlərdə sözügedən atəşkəs və sülh danışıqlarına gəldikdə isə, deməliyəm ki, əgər müharibəni bu nöqtədə dayandırsaq yəqin ki, bundan sonra yenə belə bir müharibəyə başlamaq bizim üçün çox çətin olacaq. Buna görə, birmənalı olaraq çalışmalıyıq ki, erməni təcavüzkarları və onların arxasında duranlar işğal etdikləri torpaqlarımızı qeyd-şərtsiz azad etsinlər. Onlar bilməlidirlər ki, işğalda olan torpaqlar Azərbaycan torpaqlarıdır və tezliklə azad edilməlidir, onların azadlığı üçün heç bir şərt qoyula bilməz.
Bu müharibə başlayandan, onlar üçün dəfələrlə şans və imkanlar yaradılmışdı ki, baş verənlərdən ibrət götürüb dərs alsınlar və anlasınlar ki, Azərbaycan xalqı heç vaxt torpaqlarının işğal altında qalması ilə razılaşmayacaq. Biz İmam Hüseyn (ə) məktəbinin davamçılarıyıq və bu məktəbdə izzətimizi, mənəviyyatımızı və bizə mənsub olan hər bir şeyi necə qorumaq lazım olduğunu yaxşı öyrənmişik. Xüsusilə də, yüzilliklər boyu yaşadığımız hadisələr bizə vətənimizi və torpaqlarımızı necə qoruyacağımızı öyrədib.
İmam Hüseyn (ə) məktəbi ilə yaxından tanış olmayan xalqlar isə Azərbaycan xalqını hələ yaxşı tanımayıblar! Dünyada olan bir çox müsəlman ölkələrini görmüşük ki, belə daxili problemlərlə üzləşərək beynəlxalq təşkilatlara müraciət etmiş, lakin onillər boyunca öz problemlərinin həlli üçün heç bir müsbət cavab ala bilməmişlər. Azərbaycan xalqı da bu nəticəsiz gözləntiləri kifayət qədər uzun bir müddətdə təcrübə etmişdir və artıq bu cavabsız intizarın davam etməsi xalqın məyusluğundan başqa bir şeyə xidmət edə bilməz.
Azərbaycan dövləti isə bu döyüşləri işğalçı ermənilərə verilən bir şans kimi deyil, əksinə, bunu Azərbaycan xalqının öz hazırkı dövlətinə verdiyi bir şans kimi qiymətləndirməli və bundan düzgün istifadə etməlidir. Əks halda, gələcəkdə belə bir gözəl fürsətin yenidən yaranması qeyri-mümkündür.