Rusiya prezidenti Vladimir Putin Türkiyə də daxil olmaqla, bir çox ölkənin Qarabağla bağlı danışıqlarda iştirak etməsinin lazım olduğunu deyib.
Arannews-Bu haqda "TRT haber" məlumat verib.
Rəcəb Tayyib Ərdoğanın oktyabrın 29-da İlham Əliyevlə telefon danışığından sonra Rusiya prezidenti Qarabağla bağlı açıqlama verib. Putin açıqlamasında bildirib ki, münaqişənin həlli ilə bağlı danışıqlara Türkiyə də daxil olmalıdır.
"Ermənistan və Azərbaycan arasındakı münaqişə Türkiyənin də olduğu Minsk Qrupu çərçivəsində danışıqlar yolu ilə həll olunmalıdır" - Putin belə deyib.