Tarix : 2020 Nov 03
Kod 60467

Gürcü müxalifəti etirazlara başlayıb

Gürcüstan müxalifəti noyabrın 1-də parlament seçkilərinin nəticələri ilə bağlı etirazlara başlayıb.
Arannews-Bu barədə "RİA Novosti" məlumat yayıb. 
Məlumata görə, müxalifət partiyaları və onların tərəfdarları Tbilisinin mərkəzində Rustaveli prospektində toplaşıblar. 
Oktyabrın 31-də Gürcüstanda parlament seçkiləri keçirlib. Mərkəzi Seçki Komissyasının məlumatına görə ölkənin hakim partiyası "Gürcü Arzusu"  48,05% səslə qalib gəlib.  
Azərbaycan prezidenti İlham Əliyev Gürcüstanın Baş naziri Giorgi Qaxariyanı "Gürcü Arzusu” partiyasının qələbəsi münasibətilə təbrik edib.
  • Yazılıb
  • da (də) 2020 Nov 03
  • Göndərən جهان کمالی