İmam Xamenei : Ermənistanın işğal etdiyi Azərbaycan torpaqları Azərbaycan Respublikasına qaytarılmalıdır və azad olmalıdır.
Arannews-Ali Məqamlı Rəhbər həzrət İmam Xamenei bu günki çıxışında Qarabağda gedən son döyüşlərə münasibət bildirərək buyurub:
Ermənistan-Azərbaycan müharibəsi tezliklə bitməlidir. PErmənistanın işğal etdiyi Azərbaycan torpaqları Azərbaycan Respublikasına qaytarılmalıdır və azad olmalıdır. Bu əsas şərtdir. Bu torpaqlar Azərbaycana aiddir və Azərbaycan öz torpaqlarını azad etməyə haqlıdır.
Əlbəttə, bu torpaqlarda yaşayan ermənilərin də təhlükəsizliyi təmin edilməlidir. Beynəlxalq sərhədlərə də riayət olunmalıdır.
Baxmayaraq ki, bəziləri inkar edirlər, amma terrorçuların müxtəlif yerlərdən gətirilməsinə tutarlı dəlillər var. Ehtiyatlı olmaq lazımdır ki, terrorçular bizim sərhədlərimizdə yerləşməsin. Əgər onlar bizim sərhədlərə yaxınlaşsa və təhlükə hiss olunsa, kəskin cavab veriləcək.