Tarix : 2020 Nov 04
Kod 60474

Tale Bağırzadə Ayətullah Xameneinin son çıxışına münasibət bildirdi

Müsəlman Birliyi Hərəkatının sədri Tale Bağırzadə İslam İnqilabının Ali Rəhbəri Ayətullah Seyid Əli Xameneinin son çıxışına münasibət bildirib
Arannews:Tale Bağırzadənin rəsmi səhifəsinə istinadən açıqlamanı təqdim edir:
“İslam Peyğəmbəri (s) və İmam Sadiqin (ə) mövludu ilə əlaqədar İslam İnqilabının Ali Rəhbəri Seyid Əli Xameneinin son çıxışında toxunduğu bir çox məqamları böyük diqqət və həssaslıqla izlədik. Xüsusi olaraq Qarabağ mövzusu ilə bağlı nümayiş etdirdiyi müdrik fikir həqiqətən də dost və qardaş yanaşması, eyni zamanda həqiqi İslam məntiqi idi. Biz, böyük rəhbərin Qarabağın Azərbaycan ərazisi olaraq qəsbkarlardan azad edilməsilə bağlı növbəti dəfə göstərdiyi mövqeyə görə ona dərin minnətdarlığımızı bildirirk. Bu günün Qarabağ mövzusu ətrafındakı birlik və vəhdəti, bir çox İslam ölkələrinin azadlıq və hürriyyəti məsələsində nümunə olacağı şübhəsizdir.
Sözümüzün sonunda Azərbaycan xalqı başda olmaqla dünya müsəlmanlarını bu dəyərli bayram münasibətilə təbrik edir, Allahdan Qarabağın azadlığı ilə bayramları Azərbaycanın bütün güşələrində qeyd etməyi xalqımıza nəsib etməsini diləyirik”.
Tale Bağırzadə
Müsəlman Birliyi Hərəkatının sədri.
Qobustan həbsxanası.
  • Yazılıb
  • da (də) 2020 Nov 04
  • Göndərən جهان کمالی