Tarix : 2020 Nov 05
Kod 60476

Azərbaycan xarici işlər nazirinin müavini İrana təşəkkür edib

Azərbaycanın xarici işlər naziri Xələf Xələfov Ayətullah Xameneinin bu günkü bəyanatından sonra İrana təşəkkür edib.

Arannews-Rakurs.tv xəbər verir ki, bunu İranın Bakıdakı səfiri Seyid Abbas Musəvi rəsmi tvitter səhifəsində yazıb.
İran səfiri bildirib ki, Ayətullah Xameneinin Qarabağla bağlı bəyanatından sonra Azərbaycan XİN rəhbərinin müavini Xələf Xələfov ona zəng edərək, münaqişə ilə bağlı ədalətli mövqeyin sərgilənməsinə görə İran rəhbərliyinə təşəkkür edib.
Qeyd edək ki, Ayətullah Xamenei bu günkü çıxışında Qarabağda gedən döyüşlərə münasibət bildirib və Ermənistandan işğal edilən ərazilərin Azərbaycana qaytarılmasını istəyib:
O deyib:
"Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş əraziləri azad olunmalıdır. Bu torpaqların hamısı qaytarılmalıdır Azərbaycana. Bu işin əsas şərti budur ki, bu torpaqlar Azərbaycana məxsusdur və Azərbaycan öz torpaqlarını azad etməkdə haqlıdır.”

  • Yazılıb
  • da (də) 2020 Nov 05
  • Göndərən جهان کمالی