Tarix : 2020 Nov 08
Kod 60485

Oqtay Gülalıyev Azərbaycana gətirilir

Hüquq müdafiəçisi, ötən ilin oktyabrında avtomobil vurduğu üçün Türkiyədə müalicə alan Oqtay Gülalıyev noyabrın 7-dən 8-nə keçən gecə Azərbaycana gətiriləcək.
Arannews-Bu haqda onun oğlu Təbriz Gülalıyev məlumat yayıb.
"Məlum səbəblərə görə atamın müalicəsi Bakıda, şəxsi evimizdə davam edəcək. Ümid edirik ki, vətənə qayıtmağımız hər halda uğurlu olacaq”.
O, hüquq müdafiəçisinin keçirdiyi qəza ilə bağlı hazırlıq məhkəməsinin noyabrın 13-ə təyin edildiyini də bildirib. 
Oqtay Gülalıyev 2019-cu il oktyabrın 29-da Bakının mərkəzində piyada keçidində avtomobillə vurulub. Fakt üzrə Cinayət Məcəlləsinin 263.1.1ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərər çəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına səbəb olduqda) maddəsi ilə cinayət işi qaldırılıb. 
O.Gülalıyevi vuran avtomobilin sürücü qəzanın ehtiyatsızlıqdan baş verdiyini, qəsdən etmədiyini söyləyib. 
Müxalifət təmsilçiləri və siyasi fəallar onun dediklərinə şübhə ilə yanaşırlar. 
Bu müddət ərzində hüquq müdafiəçisi dörd dəfə əməliyyat olunub.
  • Yazılıb
  • da (də) 2020 Nov 08
  • Göndərən جهان کمالی