Tarix : 2020 Nov 08
Kod 60487

Ərdoğandan Putinə: “Ermənistan öz silahlı qüvvələrini Azərbaycan torpaqlarından dərhal çıxarmalıdır”

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı baş tutub.

 Arannews-Türkiyə KİV-lərinə istinadən verdiyi məlumata görə, tərəflər telefon danışığı zamanı Dağlıq Qarabağ münaqişəsini müzakirə ediblər.
Türkiyə Prezidenti vurğulayıb ki, Ermənistan öz silahlı qüvvələrini işğal edilmiş Azərbaycan torpaqlarından dərhal çıxarmalıdır.
T.Ərdoğan bildirib ki, Azərbaycanın əks-hücum əməliyyatı öz torpaqları çərçivəsində həyata keçirilir.

  • Yazılıb
  • da (də) 2020 Nov 08
  • Göndərən جهان کمالی