İsrail mətbuatı partlayışın səsinin şəhərin hətta mərkəzinə belə gəldiyini yazıb
Iran Servisi/Aran Agentliyi
Sionist mətbuatın yaydığı xəbər İran tərəfindən yalanlanıb.
İslam-Azeri-nin verdiyi xəbərə görə İsrail KİV-lərinin Daily Teleqraf qəzetinə istinadən yaydığı xəbər İran rəsmiləri tərəfindən yalanlanıb.
Xəbərdə Tehranın Qavərşəhər adlanan bölgəsində bu partlayışın baş verdiyi məlumat verilir.
İsrail mətbuatı partlayışın səsinin şəhərin hətta mərkəzinə belə gəldiyini yazıb.
Həmçinin bu silahların Livan Hizbullahına məxsus olduğu da diqqət çəkir.
Lakin elə həmin tarixdə Azərbaycandan bir qrup İranın Tehran şəhərində ABŞ qəzetinin yazdığı məntəqəyə yaxın hoteldə məskunlaşmışdılar ki, onların içərisində İslam-Azeri saytının müxbiri də olub.
İslam-Azeri-nin müxbirinin verdiyi məlumata görə Tehranda nə güclü səs nə də ki, ölkə daxilində belə bir söz-söhbətə rast gəlinmədiyinini bildirib.
Əməkdaşımızın bildirdiyinə görə hətta cüzi buna oxşar hadisə belə şəhərdə diqqət çəkməyib.