Tarix : 2020 Nov 16
Kod 60517

Vərziqan əhalisinin İslami Şura Məclisində təmsilçisi doktor Allahverdi Dehqani

Vərziqanın millət vəkili: Qarabağın azad olunmuş ərazilərində quruculuq işlərində iştirak etmək üçün diplomatik aparatlar işə başlamalıdır

Azərbaycanın mühüm ərazilərinin işğaldan azad edilməsi münasibətilə Azərbaycan Respublikası xalqını təbrik edib və azad edilmiş ərazilərdə quruculuq işlərində iştirak etmək üçün diplomatik aparatların fəaliyyətə başlamasını istəyib.
AranNews – Doktor Allahverdi Dehqani “AranNews”-ə verdiyi müsahibədə bölgədəki vəziyyət və Qarabağın əsas məntəqələrinin azad edilməsi araşdırılıb. Müsahibəni sizə təqdim edirik.
- Cənab Dehqani, öz vaxtınızı bizə ayırdığınız üçün təşəkkür edirik. İlk öncə əziz oxucularımıza sözünüz varsa, buyurun.
- Bismillahir-Rəhmanir-Rəhim. Mən də öz növbəmdə Azərbaycan ərazilərinin böyük hissəsinin azad edilməsi münasibətilə Azərbaycan xalqını təbrik edirəm və bu fürsətdən istifadə edərək Qarabağın işğal edilməsindən indiyədək Ali Məqamlı Rəhbərin müsəlman Azərbaycan xalqının yanında dayanmasını və bu istiqamətdə müdrik və prinsipial mövqeini bir daha yada salaraq deyirəm ki, Azərbaycan xalqının da dediyi kimi əgər İranın maddi və mənəvi köməkləri olmasaydı, erməni ekstremis qüvvələri Azərbaycan Respublikasının paytaxtına qədər irəliləyə bilərdilər.
- İran Azərbaycan Respublikası xalqına hansı maddi və mənəvi yardımları etmişdir və Azərbaycan torpaqlarının işğaldan azad edilməsində bunun hansı təsiri olmuşdur?
- Əvvədə deməliyəm ki, 1992-ci ildən bəri Amerika, Rusiya və Fransa birgə olaraq Minsk qrupuna həmsədrlik edirlər və Qarabağ münaqişəsinin dinc yolla həllinə vasitəçiliyi öhdələrinə almışlar. Lakin ötən 28 il boyunca bu qrupun bacarıqsızlığı sübuta yetdi və Azərbaycanda bu nəticəyə gəldilər ki, torpaqların azad edilməsi istiqamətində əməli addım atılmalıdır. Sonda Azərbaycan xalqı İran İslam İnqilabından ilham alaraq özü Qarabağı azad etmək üçün addım atdı.
İslam İnqilabının Böyük Rəhbəri müdrik fikir söyləyərək Qarabağın azad olunmasına təkid etdi, İran hökuməti də həmişə bütün sahələrdə Azərbaycan xalqının yanında olmuşdur. Çünki bu ölkə dünyanın ikinci şiə ölkəsidir, bizim mədəniyyət, soy, əqidə və dinimiz birdir.
Ali Məqamlı Rəhbər buyurdu ki, Qarabağ İslam torpağıdır. Hər şey bu cümlədə toplanır və İran İslam Respublikası həmin siyasətə söykənərək Qarabağ müharibəsi boyunca lazım olan hər bir köməyi Azərbaycana etmişdir. Azərbaycan Respublikasının imtina etdiyi köməklər müstəsna olmaqla.
İranın Araz sərhədindəki yolundan illərdir ki, Azərbaycan və Naxçıvan arasında əlaqə kimi istifadə olunur. İran Qarabağ münaqişəsinin ilk dövründən müharibə köçkünlərinə dəstək olmuşdur, müharibə və qan tökülməsinə qarşı olmaqla yanaşı işğal edilmiş Qarabağ torpaqlarının azad olunmasını istəmişdir.
- Qarabağ münaqişəsinin son 40 günlük müharibəsi ilə 28 illik dövrünün fərqini necə dəyərləndirirsiniz?
- Heç kim dünyanın o başından Azərbaycanın torpaqlarını azad etmək üçün gəlməz. İrana qarşı səkkiz illik müharibədə bütün Şərq, Qərb və ərəb ölkələri İraqın yanında olmasına baxmayaraq, İran xalqı müharibənin taleyini cəbhədə təyin edi və əməldə öz torpağını azad etdi. Bu ilk dəfə dünyada müsəlmanlar üçün bir örnək idi. Azərbaycan xalqı da İran İslam Respublikasından örnək almaqla və şiələrin inandığı Aşura məktəbinin çox uğurlu strategiyasından faydalanmaqla meydana daxil oldu. Xoşbəxtlikdən, bu qələbə qazanıldı. Ümidvaram, bölgə əhalisinin hüquqlarını təzmin edən, yadların nüfuzuna mane olan bir sülh layihəsi ilə bu müharibə başa çatsın və insanlar sülh və əmin-amanlıqda yaşasınlar.
- İran və Azərbaycan arasındakı münasibətləri Qarabağın azad edilməsindən sonrakı dövrdə necə görürsünüz?
- Ölkənin diplomatik orqanlarına göstərdikləri təlaşlara görə təşəkkür edirəm. Lakin deməliyəm ki, bu fəaliyyətlər kifayət deyil. Çünki bu məntəqələr bizim üçün önəm daşıyır və Azərbaycanla mədəni ortaqlıqlarımız səbəbindən daha çox əhəmiyyət kəsb edir. Ona görə də İran öz fəaliyyətlərinin davamında işğaldan azad edilmiş məntəqələrin yenidən qurulması üçün dərhal diplomatiyanı işə salmalıdır. Müharibə məntəqələrinin quruculuğunda təcrübəyə sahib İran döyüş getmiş ərazilərdə dağıdılmış məntəqələri yenidən qura bilər, həm də Azərbaycan bü fürsətdən faydalana bilər. İnşallah, Qarabağ bölgəsində əməkdaşlıq etməklə bu ərazilərdə inkişaf və yeni həyatın, habelə bütün imkanlardan yararlanmağın şahidi olacağıq. Bu iş yalnız qarşılıqlı hörmət, sülh layihəsinə əməl, bölgə ölkələri arasında yaxşı qonşuluq prinsipinə riayət etmək üzərində həyata keçə bilər və Allahın köməyi ilə yadların və fitnə yaradanların əli bu bölgədən üzüləcək.
Təkfirçi qüvvələrin Azərbaycan Respublikasında hüzuru haqqında da demək olar ki, onların şiə və insanlıq əleyhinə təfəkkürünə, İranın sərhədlərinə yaxın olmasına diqqət etməklə, bizim üçün narahatlıqlar vardır. İran İslam Respublikası bu ekstremisləri Suriyada məğlubiyyətə uğratmışdır, Allahın yardımı ilə Azərbaycanda da onlara yer olmayacaq. Bununla belə, bu qrupun son vəziyyəti dəqiq məlum olmalıdır və tezliklə bölgəni tərk etməlidir.
Sərhədlərin dəyişməsi haqda da bir sıra söz-söhbət, xəbər və təhlillər dolaşmaqdadır. Biz həssas olmalı, Qarabağ sülh razılaşmasında yer alan koridorunun yaradılması və dəyişilməsi heç vəchlə sərhədlərin dəyişilməsi mənasına olmamalıdır. Çünki belə olarsa, bölgədə sabitsizlik yaradacaq.
- Bizə vaxt ayırdığınız üçün bir daha sizə öz minnətdarlığımızı bildiririk.
- Mən də Aran Mərkəzinin Qafqaz regionu, xüsusilə də Azərbaycan Respublikası ilə bağlı maarifçik işlərinə görə təşəkkür edirəm və sizə uğur diləyirəm.

 
  • Yazılıb
  • da (də) 2020 Nov 16
  • Göndərən جهان کمالی