Tarix : 2008 Jul 25
Kod 6052

Yaşar Büyükanıt “Ergenekon”dan danışdı

Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Yaşar Büyükanıt “Ergenekon” əməliyyatı ilə bağlı suallardan yaxasını qurtara bilmir
Turkyə Servisi/Aran Agentliyi
 
   “Bu haqda hüquqi baxımdan danışa bilmirəm, amma bəlkə bir gün danışa bilərəm”
    Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Yaşar Büyükanıt “Ergenekon” əməliyyatı ilə bağlı suallardan yaxasını qurtara bilmir. Baş Qərargah rəisi Dəniz Qüvvələrinə aid zavodun açılış mərasimində jurnalistlərin bu mövzuda növbəti sualları ilə üzləşib.
    Yaşar Büyükanıt etiraf edib ki, hər kəs ondan “Ergenekon” əməliyyatı ilə bağlı danışmamasının səbəbini soruşur: “Əməliyyat deyilincə, ağlıma ilk olaraq Şimali İraq gəlir. “Ergenekon”la bağlı hüquqi baxımdan danışa bilmirəm, amma bəlkə bir gün danışa bilərəm”.
  • Yazılıb
  • da (də) 2008 Jul 25