Tarix : 2020 Nov 17
Kod 60523

Qarabağ müharibəsində İranın Azərbaycana tam dəstəyi-Video

Ali Məqamlı Rəhbərin, təqlid mərcələrinin, İran dövlət rəsmiləri, alim, ziyalı və ekspertlərinin Qarabağ müharibəsində 1992-ci ildən indiyə kimi Azərbaycana açıq dəstəyindən seçmələri ehtiva edən klip.
AranNews – İran İslam Respublikasının xalqı və hökumət təmsilçiləri Qarabağ müharibəsi başladığı ilk günlərdən, xüsusilə də 1992-ci ildən müsəlman Azərbaycan xalqının yanında olmuşdur, ona öz dəstəyini elan etmiş, Qarabağın azad olunması istiqamətində maddi və mənəvi yardımlarını göstərmişdir. Bunlara nümunə olaraq Azərbaycan Respublikası ordusuna hərbi təlim vermək üçün hərbi məsləhətçilər göndərmək, əhali arasında qida və gündəlik təlabat mallarını paylamaq, müharibə köçkünləri üçün düşərgə salmaq və onlara lazım olan vəsaiti təmin etmək, Naxçıvanın Azərbaycanla əlaqəsi üçün Araz sərhədi boyunca yol çəkmək, münaqişənin həlli üçün vasitəçilik göstərmək, inqilabi və diplomatik mövqelər sərgiləmək kimi dəstəkləri göstərmək olar.
Təqdim etdiyimiz klipdə diqqətinizi Ali Məqamlı Rəhbərin, təqlid mərcələrinin, İran rəsmiləri, alim, ziyalı və bu sahə üzrə ekspertlərinin açıq-aydın mövqelərinə cəlb edirik.

 
  • Yazılıb
  • da (də) 2020 Nov 17
  • Göndərən جهان کمالی