Bazar ertəsi İlham Əliyev və onun həyat yoldaşı Mehriban Əliyeva Xudafərin körpüsünü ziyarət etdilər. Bu mühüm addım yalnız İran sərhədlərindən Azərbaycan Respublikası üçün əmin-amanlıq hiss edilməsi hesabınadır.
Arannews_İran İslam Respublikasının sərhədləri həmişəki kimi gecə-gündüz gözətlənir və qorunur. Son aylarda Arazın o tayında Azərbaycan Respublikası ərazilərinin bir hissəsinin İslam torpağı olaraq işğaldan azad edilməsi ilə nəticələnən hadisələr və hələ qonşu ölkənin sərhəd qüvvələrinin tam və əsaslı şəkildə bölgədə rəsmi fəaliyyətə başlamamasına diqqət etməklə, bu nəzarətlər əvvəlkindən daha güclü şəkildə davam edir.
İlham Əliyev və onun kortejinin İran İslam Respublikasının sərhədlərində hüzuru, Azərbaycan Prezidentinin öz söhbətlərində “Araz çayı; İran və Azərbaycan sərhədi; dostluq sərhədidir” deməsi, mühüm və örtülü bir ismarışdır və o deməkdir ki, İran İslam Respublikası istər işğal dövründə, istər müharibə dövründə, istərsə də Azərbaycan Respublikası torpaqlarının əsil sahiblərinə qaytarılanda öz sərhədlərinin təhlükəsizliyini tam iqtidar və ayıq-sayıqlıqla ən yüksək səviyyədə qorumuşdur, müxtəlif qüvvələrin hüzur və gediş-gəlişi onun sərhədlərini zərrəcə poza bilməmişdir.
Məlumdur ki, sionistlərin beyin mərkəzlərindən, separatçı və təfriqəçi ingilis siyasətxanalarından qidalanan media şeytanlarının hücumları İran İslam Respublikasının sərhədlərində davamlı dostluq və sülhün gerçəkləşməsində zərrəcə əhəmiyyət daşımırlar. Saxta və qeyri-mötəbər bir şəkildən sui-istifadə etməklə yaranmış bu media oyununun arxasında mütləq hansısa məkirli plan hazırlanıb. Cənubi Qafqazın həssas günlərində iki müsəlman ölkə xalqının düşmənlərinin nə plan çəkdiyini tapmaq lazımdır.
Bazar ertəsi İlham Əliyev həyat yoldaşı Mehriban Əliyeva ilə birlikdə Azərbaycana aid hərbi geyimdə uzun illər Ermənistanın işğalında qaldıqdan sonra azad edilmiş Xudafərin körpüsünü ziyarət etdi. Bu mühüm addım yalnız İran sərhədlərindən Azərbaycan Respublikası üçün əmin-amanlıq hiss edilməsi hesabınadır.
Bu günlərdə bəzi ifratçı və faşist təşkilatlarına bağlı medialar koordinasiya olunmuş mövqe və öz ağalarının göstərişini yerinə yetirməklə iki qonşu ölkə: İran və Azərbaycanın maraqları əleyhinə yeni hücuma başlamışdır. Lakin bu hərəkət də iki ölkə müsəlmanlarınn həmrəyliyi ilə həmişəki kimi tarixin zibil qutusuna göndəriləcək.
Əmir Sabit, Qafqaz məsələləri üzrə ekspert