Tarix : 2020 Nov 19
Kod 60531

Ağdamın 6 kəndində məskunlaşan ermənilərə sabaha qədər VAXT VERİLDİ

Azərbaycan, Ermənistan və Rusiya liderlərinin 10 noyabr razılaşmasına əsasən, noyabrın 20-dək Ermənistan ordusu Ağdam rayonunu tərk etməlidir.

Arannews-Ermənistan KİV-nə istinadən xəbər verir ki, 1993-cü ildə rayon ərazisi işğal olunduqdan sonra Ağdamın 6 kəndində erməni sakinlər qanunsuz məskunlaşmışdı.
Rəsmi Yerevan həmin kəndlərdə yaşayan ermənilərdən noyabrın 19-u gecə saat 23:00-a qədər bu yaşayış məntəqələrindən çıxmağı tələb edib.
Kəndlərin erməni sakinləri Ağdamı tərk etməyə hazırlaşır. Xankəndindəki separatçıların nümayəndələri həmin kəndlərdən çıxacaq erməniləri Ağdərədə yerləşdirəcəklərini bəyan ediblər. Qeyd edək ki, sözügedən kəndlər aşağıdakılardı:
1. Əliağalı  2. Papravənd  3. Qızıl Kəngərli 4. Mollalar  5. Əlimədətli  6. Boyəhmədli 

  • Yazılıb
  • da (də) 2020 Nov 19
  • Göndərən جهان کمالی