Zəncan Sarəllah Heyətinin Şəhid Müntəziri beynəlxalq bölməsinin təşəbbüsü ilə “Qarabağın azad edilməsində mənəvi dəstəklərin rolu” konfransı keçirilib.
Arannews-Zəncan Sarəllah Heyətinin mədəniyyət bölməsi xəbər verir ki, bu konfransda çıxış edən Vəliyyi-fəqihin Zəncan əyaləti üzrə təmsilçisi və Zəncanın imam cüməsi höccətül-islam Əli Xatəmi konfransın təşkilatçılarına öz təşəkkürünü bildirib, Allahdan bütün dünya müsəlmanlarına izzətli həyat diləyib.
Vəliyyi-fəqihin təmsilçisi çıxışının davamında deyib: “Qarabağ mövzusunda Şərq və Qərbə baxmadan bizim üçün önəm daşıyan məsələ ilk addımda İslam dünyası üzərinə İslam çətiri tutmaqdır.”
Höccətül-islam vəl-müslimin Əli Xatəmi Vəliyyi-fəqihin azərilər yaşayan şimal-qərb əyalətləri üzrə təmsilçilərinin Azərbaycan Respublikasına dəstək bəyanatına da işarə edərək bəyanatda BMT-nin bu şəhər və kəndlərin Azərbaycana aid olması barədə dörd qətnaməsinə də təkid olunduğunu bildirib. O əlavə edib ki, şiəliyin əsli imamət mehvəri üzərindədir və şiəliyi himayə etmək bizim dini vəzifəmizdir. Ona görə də bu bölgənin müsəlmanlarını himayə etməyi vacib bildik.
Konfransın digər natiqlərindən olan tanınmış məddah Hacı Məhdi Rəsuli Azərbaycanın mühüm ərazilərinin işğaldan azad edilməsində mənəvi dəstəklərin rolunu vurğulayaraq, Azərbaycan Respublikasında “Salam olsun İbrahimə” kitabı kimi Müqəddəs Müdafiə dövrünə aid kitabların tərcümə və nəşr edilməsinin bu işdə təsirni qeyd edib.
Cənab Rəsuli çıxışının davamında Azərbaycan Respublikasında islamçı məhbus Hacı Tale Bağırzadənin sözlərinə və son Qarabağ döyüşlərində iki azərbaycanlı tələbənin şəhid olmasına da toxunaraq Azərbaycan müsəlmanlarına ciddi diqqət ayrılmasını istəyib.