Tarix : 2020 Nov 21
Kod 60537

Azərbaycan Ordusu Ağdam rayonuna daxil olub

Ağdam rayonundan foto və video materiallar gün ərzində təqdim olunacaq

Arannews-Azərbaycan ordusu Ağdam rayonuna daxil olub. Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.
Nazirlik bildirib ki, Azərbaycanın Prezidenti, Ermənistanın Baş naziri və Rusiyanın Prezidentinin imzaladığı 3 tərəfli Bəyanata əsasən Azərbaycan Ordusunun bölmələri noyabrın 20-də Ağdam rayonuna daxil olub.
Eyni zamanda, qeyd olunur ki, Ağdam rayonundan foto və video materiallar gün ərzində təqdim olunacaq.
Ağdam rayonu 1930-cu ildə yaradılıb. İri yaşayış məntəqələri Mərzili, Seyidli, Qiyaslı, Xıdırlı və Zəngişalı kəndləridir.
İşğaldan əvvəl rayonda 54 tibb müəssisəsi, 79 mədəniyyət ocağı fəaliyyət göstərirdi. Ağdam rayonu 1993-cü ilin iyulun 23-də işğal edilib.

  • Yazılıb
  • da (də) 2020 Nov 21
  • Göndərən جهان کمالی