Tarix : 2020 Nov 21
Kod 60539

Vəliyyi-fəqihin Zəncan əyaləti üzrə təmsilçisi: Şiəliyi himayə etmək bizim şəri vəzifəmizdir

Höccütül-islam şeyx Əli Xatəmi şiəliyi himayə etməyin bir dini vəzifə olduğunu deyib.

Arannews: xəbər verir ki, Zəncan Sarəllah Heyətinin Şəhid Müntəziri beynəlxalq bölməsinin təşəbbüsü ilə “Qarabağın azad edilməsində mənəvi dəstəklərin rolu”  konfransında çıxış edən Vəliyyi-fəqihin Zəncan əyaləti üzrə təmsilçisi və Zəncanın imam cüməsi höccətül-islam vəl-müslimin şeyx Əli Xatəmi konfransın təşkilatçılarına öz təşəkkürünü bildirib, Allahdan bütün dünya müsəlmanlarına izzətli həyat diləməklə yanaşı deyib: “Qarabağ mövzusunda Şərq və Qərbə baxmadan bizim üçün önəm daşıyan məsələ ilk addımda İslam dünyası üzərinə İslam çətiri tutmaqdır.”
İmam cümə daha sonra deyib: “Mən inqilabın qələbəsindən İmamın vəfatına kimi Azərbaycanda yaşayırdım. Azərbaycanın məsələlərini və bu ölkə xalqının etiqadını yaxından görmüşəm və onunla tanışam. Allah rəhmət etsin, Hacı Əlikramı. Bir çox iclaslarda birgə iştirak etmişik və məsələləri araşdırmışıq.”
O, Azərbaycan əhalisinin dindar və Əhli-beyt (s) sevər olduqlarını da diqqətə çəkərək qeyd edib ki, Azərbaycan xalqı qədim dövrdən dindar və Əhli-beyt (s) sevər olmuşdur. Bəzi evlərdə səhifələri çox köhnə və qədimi olan Quranlar var idi. Bunlar Azərbaycan xalqının dindar olduğunu sübut edir.
Vəliyyi-fəqihin təmsilçisi birinci Qarabağ müharibəsində İran İslam Respublikasının Azərbaycan Respublikasına tam dəstəyini də xatırladıb, İranın bu ölkəyə hərbi məsələhətçi göndərməsi və əsgərlərə hərbi təlim verməsinə də toxunub.
Höccətül-islam vəl-müslimin Əli Xatəmi Vəliyyi-fəqihin azərilər yaşayan şimal-qərb əyalətləri üzrə təmsilçilərinin Azərbaycan Respublikasına dəstək bəyanatına işarə edərək bəyanatda BMT-nin bu şəhər və kəndlərin Azərbaycana aid olması barədə dörd qətnaməsinə də təkid olunduğunu bildirib.
O əlavə edib ki, şiəliyin əsli imamət mehvəri üzərindədir və şiəliyi himayə etmək bizim dini vəzifəmizdir. Ona görə də bu bölgənin müsəlmanlarını himayə etməyi vacib bildik.
İmam cümə qabaqkı illərdə azərbaycanlılarla ailəvi gediş-gəlişlərinin olduğunu deyib və bu kimi gediş-gəlişlərin səmimilik və ortaq mədəniyyətdən qaynaqlandığını vurğuylayıb.

  • Yazılıb
  • da (də) 2020 Nov 21
  • Göndərən جهان کمالی