Tarix : 2020 Nov 23
Kod 60546

Makrondan ETİRAF: Dağlıq Qarabağ Azərbaycan ərazisidir

Fransa Prezidenti Emmanuel Makronun Dağlıq Qarabağın Azərbaycan ərazisi olmasını etiraf etdiyi videogörüntü yayılıb.

Arannews-Modern.az xəbər verir ki, videogörüntünü Paris Azərbaycan Evinin rəhbəri, Fransada Azərbaycanın Dostları Assosiasiyasının baş katibi Mirvari Fətəliyeva özünün feysbuk hesabında paylaşıb.
O, Fransa prezidentinin çıxışından da sitat gətirib. Mirvari Fətəliyeva bildirib ki, Emmanuel Makron 7 rayonun Azərbaycana aid olduğunu qeyd edib.
"Beynəlxalq hüquqa əsasən, Birləşmiş Millətlər Təşkilatı tərəfindən Dağlıq Qarabağ və digər rayonlar Azərbaycan ərazisi kimi tanınır. Buna görə də suveren dövlətdən istək yoxdursa, bu məsələyə qarışmayın", - deyə Makron bildirib.
Qeyd edək ki, Emmanuel Makron bu etirafını noyabrın 21-də Fransada ermənilərin təşkil etdiyi yardım kampaniyasında iştirak edərkən, oradakı bir gəncin sualını cavablandırarkən edib. 

  • Yazılıb
  • da (də) 2020 Nov 23
  • Göndərən جهان کمالی