Zəncan Universitetinin beynəlxalq münasibətlər üzrə professoru Fərşid Cəfəri: “Azərbaycan-Ermənistan müharibəsində Azərbaycanın müsəlman və şiə xalqına dəstəyimiz İran İslam Respublikasında müqavimət cəbhəsi rəhbərlərinin seçdiyi yanaşma üzərindədir və bu yanaşma şəhid Qasim Süleymani məktəbinə əsaslanır.”
AranNews – Zəncan Sarəllah Heyətinin Şəhid Müntəziri beynəlxalq bölməsinin təşəbbüsü ilə “Qarabağın azad edilməsində mənəvi dəstəklərin rolu” konfransında çıxış edən Zəncan Azad Universitetinin beynəlxalq münasibətlər kafedrasının doktorantura səviyyəsi üzrə bölməsinin müdiri doktor Fərşid Cəfəri Qarabağ müharibəsində İranın Azərbaycana mənəvi dəstəklərinin kökündə dayanan səbəblərdən danışıb. Professor deyib: “Bu mövzunu şəhid Hacı Qasim Süleymaninin düşüncə təməlləri üzərində izah etmək və bu dəstəklərin haradan qaynaqlanması barədə suala cavab vermək istəyirəm.”
F. Cəfəri çıxışının davamında deyib: “Bildiyiniz kimi Avropada 30 illik müharibələrin ardınca 1948-ci ildə Vestfaliya sülh müqaviləsinin imzalanmasından sonra beynəlxalq siyasətdə oyunçuluq meydanına daxil olan modern Avropa dövlətləri sekular idilər. Bu dövlətlərin bir-birləri ilə münasibətləri də sekularlıq komponentləri üzərində quruldu. Avropa hökumətləri 600 ildən çox sekular təlimlərə əsaslanan beynəlxalq münasiblətlər üzərində fikri iş aparmışdır və onu cahanşümul edə bilmişlər.
Sekular dövlətlərin əsas xüsusiyyətlərindən biri də onun xarici siyasətinin hökumətə və ölkə başçılarına baxışı idi. Lakin 20-ci əsrin ikinci yarısında, 1979-cu ildə Qərbi Asiya ölkələrinin birində (İran) şiə təqlid mərcələrindən birinin rəhbərliyi ilə dini təlimlərə söykənən inqilab baş verdi və dünyada ilk şiə-İslam hökuməti təsis edildi. Bu səbəbdən hökumət digər ölkələrlə münasibətlərini sekularizm prinsipləri üzərində tənzimləyə bilmirdi və bundan sonra öz əlaqələrini İslam təlimləri əsasında qurmalı idi. İslam dini hökumət və onun başçılarına deyil, daha çox xalq baxışına diqqət yetirdiyi üçün İslam hökuməti də müsəlman xalqların baxışlarını əsas tutdu. Fələstin, Yəmən və digər ölkələrdə müsəlmanları himayə etmək də bu çərçivə daxilidə izah olunur.”
Belə bir xarici siyasətin dünyanın heç bir yerində nümunəsi olmadığını vurğulayan professor deyib: “Dövlətlərin yerinə xalqı seçən və xalqlarla münasibət üzərində qurulan xarici siyasət İran İslam Respublikasında daha çox müqavimət cəbhəsi rəhbərlərinin yanaşmasıdır. Hətta, bu yanaşmanın bəzən İranın rəsmi xarici siyasəti ilə üst-üstə düşməməsi də mümkündür. Bu yanaşmanın kökü general Qasim Süleymaninin şəhadətindən sonra Ali Məqamlı Rəhbərin “Qasim Süleymani” məktəbi adlandırdığı məktəbdədir. İraq və Suriya xalqları başda olmaqla İŞİD üzərində qələbə, Yəmən xalqı başda olmaqla Yəməndə xalq inqilabının qələbəsi, Fələstin müsəlman xalqı başda olmaqla Fələstin qələbəsi bu növ xarici siyasətin nailiyyətlərinin nümunələridir. Azərbaycan və Ermənistan arasında baş verən müharibədə də İranın xarici siyasəti həmin yanaşma və müsəlman Azərbaycan xalqının dəstəklənməsinə baxış üzərində oldu. Azərbaycanın rəsmi hökuməti qondarma İsrail rejimi ilə təhlükəsizlik və ticarət əlaqələri qurduğundan İranın xarici siyasəti lüzumən bu ölkə hökumətinə deyil, bu ölkənin müsəlman xalqına dəstək verən xarici siyasəti əsas tutdu.”
Doktor Cəfəri şimal-qərb əyalətlərinin imam cümələrinin dəstəklərinə, Ali Məqamlı Rəhbərin çıxışına, onun Qarabağla bağlı Azərbaycan xalqının haqqını aydın və qətiyyətli dəstəkləməsinə toxunaraq, bu dəstəkləri vurğulanan xarici siyasətin qabarıq nümunələri və şəhid Hacı Qasim Süleymani məktəbinin böyük nailiyyətləri adlandırıb.
O, çıxışının sonunda şəhid Qasim Süleymaninin dillər əzbəri olan: “Biz İmam Hüseyn millətiyik, biz şəhadət millətiyik” cümləsinə də işarə edərək deyib: “Bu növ xarici siyasətin fərzi budur ki, baxış lüzumən hökumətlərə deyil, xalqlara olarsa, xalqlar öz hökumətlərinə və başçılarına təzyiq göstərməklə, onları qərb imperizlizmi qarşısında müqavimət göstərməyə sövq edə bilərlər.”