Tarix : 2020 Nov 24
Kod 60549

Abbas Müsəvi:Tehran-Bakı münasibətləri daha da səmimiləşəcək+Audio

İran İslam Respublikasının Azərbaycandakı səfiri vurğulayıb:”İki qonşu ölkənin arasında münasibətlərdə yeni dönəm başlanmaqdadır və mövcud əlamətlər İran ilə Azərbaycan Respubliksı əlaqələrinin bundan sonra daha səmimi və isti olacağını göstərir”.

Arannews-Təbriz Radiosunun məlumatına görə İran İslam Respublikasının Azərbaycandakı səfiri Seyyid Abbas Müsəvi bugün İRİB xarici verilişlər redaksiyasının Təbriz Radiosundan səsləndirilən açıq söz verilişinə ekskluziv müsahibədə deyib:”Müxtəlif səbəblər və tarixi,mədəni və dinin ortaqlıqlar üzündən İran İslam Respublikası ilə Azərbaycan Respubliksı yaxşı və mehriban əlaqələrə malik olmuşlar.İran hərzaman qonşuları ilə yaxşı və qarşılıqlı hörmətə əsaslanan əlaqələr saxlamaq istəyir və illər xüsusi ilə son aylar boyunda İran ilə Azərbaycan münasibətlərində baş verənlər isə həmin baxışdan qaynaqlanır.
“İran hərzaman regionun böhranlardan uzaq olmasına tərəfdar olmuşdur,son münaqişədə isə İran irəli sürdüyü təşəbbüs planı ilə qonşumuz olan münaqişə tərəflərini təmkinli olmağa çağırdı və həmin halda Azərbaycan Respublikasının haqlı hüququnun təmin olunmasını vurğuladı,hansı ki bu hüquqlar illər boyu Azərbaycan ərazısının işğal altında olduğuna görə tapdalanmışdı.İslam İnqilabının ali rəhbəri Həzrəti Ayətullahul-Üzma Xamenei həmin mövqeləri açıq-aşkar bəyan edib və bütün işğal altında olan ərazıların Azərbaycana qaytarılmalı olmasını vurğuladılar” deyə İran İslam Respublikasının Azərbaycandakı səfiri əlavə edib.
Səfirimizin həmin qeydlərinin mükəmməlini aşağıdakı audiofaylda dinləyə biləsiniz:

  • Yazılıb
  • da (də) 2020 Nov 24
  • Göndərən جهان کمالی