Tarix : 2020 Nov 27
Kod 60560

Tale Bağırzadə Nardaran hadisələrindən yazdı

Müsəlman Birliyi Hərəkatının sədri Tale Bağırzadə 26 noyabr 2015-ci ildə baş verən Nardaran hadisələri ilə bağlı həbsxanadan məktub ünvanlayıb.

Arannews-Rakurs.tv məktubu Tale Bağırzadənin rəsmi "facebook" səhifəsinə istinadən olduğu kimi təqdim edir:
"26 Noyabr 2015-ci il bizim üçün zülmə qarşı dirəniş, şərəf dolu şəhadət tariximizin unudulmaz səhifəsidir. Allahın yardımı ilə biz, heç bir zaman cinayətkarlara ibrət və şücaətlə dolu bu qanlı tarixin unutdurulmasına və ya mahiyyətinin dəyişdirilərək təhrif edilməsinə imkan verməyəcəyik. Elə bir gün gələcək ki, Nardaran hadisəsinin bilinməyən, qaranlıq tərəflərini haqqın günəşi öz nuru ilə aydınladacaq. O zaman batilin simasından yalançı pərdə tamami ilə endiriləcək, həqiqət öz layiq olduğu nöqtəsinə yüksələcək. 

Əziz xatirələrimizin yadı ilə. Beş illik şəhadət tarixiniz mübarək olsun məzlum və şəhid qardaşlarımız".
Tale Bağırzadə
Müsəlman Birliyi Hərəkatının sədri
Qobustan həbsxanası
26.11.2020"

  • Yazılıb
  • da (də) 2020 Nov 27
  • Göndərən جهان کمالی