Tarix : 2020 Nov 27
Kod 60561

Fransa Senatında faşizmin təbliği, beynəlxalq hüquqa hörmətsizlik, reputasiya itkisi..

Fransa Senatı noyabrın 5-də “Dağlıq Qarabağın müstəqilliyinin tanınması” barədə absurd qətnamə qəbul etdi.

Arannews-Heç bir hüquqi gücü olmayan sənəd Senatın 5 ən böyük fraksiyasının rəhbərləri – Brüno Retayo, Patrik Kanne, Erve Marsel, Elian Asassi və Giyom Qontar tərəfindən imzalandı. Senatorlar Fransa hökumətini “Dağlıq Qarabağ Respublikası” ilə diplomarik münasibətlər qurmağı və bundan davamlı sülhə gətirəcək danışıqlarda instrument kimi istifadə etməyə çağırıb.
Qətnamənin qəbul olunmasını 305 senator dəstələdiyi halda, yalnız 1 senator (Natali Qule) bu qərara qarşı çıxdı. 
Müzakirələr zamanı Senatın tribunasına çıxan şəxslərin çıxışlarına baxdıqda, Fransanın Qarabağ münaqişəsinin gerçəkliklərindən nə qədər uzaq olduğu, mövqeyindəki qərəz və təktərəfliliyin ifrat həddə çatması aşkar hiss olunurdu.
Belə ki, senator Patrik Kanner Rusiya və digər ölkələr tərəfindən Hitler faşizminə xidmət etmiş erməni millətçisi, hərbi cinayətkar Qaregin Njdedən sitat gətirdi. Digər senator Valeri Buaye isə Qarabağı “tarixi erməni torpağı” adlandırdı.
 müzakirələrdə qırmızı xətt kimi keçən əsas tezislər Türkiyənin Şərqi Aralıq dənizi, Cənubi Qafqaz və Yaxın Şərqdə rolununu artması, Moskva ilə Ankaranın Fransanı Qarabağ danışıqlarından sıxışdırıb çıxarması, 10 noyabr razılaşmasından Fransa və ABŞ-ın kənar qalması, Ermənistanın xristian sivilizasiyasının bir parçası olması idi.
enatın qətnaməsindəki absurd məqamlardan biri tərəflərin 1994-cü il sərhədlərinə qayıtmasını tələb etməsi idi. Yəni Fransa Senatı beynəlxalq hüquq və normaların, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin ziddinə gedərək, Ermənistanın işğalçılıq siyasətini tam dəstəkləyir.
Qərarın absurd olmasını ölkənin Xarici İşlər Nazirliyi yanında dövlət katibi Jan-Batist Lemuan da təsdiqlədi.
“Qarabağın təktərəfli tanınması nə Ermənistana, nə region əhalisinə, nə də Fransaya fayda verəcək”- deyə onun açıqlamada qeyd olunub.
Diplomat Qarabağ Müharibəsindən sonra yaranmış yeni reallığa uyğun olaraq, danışıqlar prosesini dəyişdirilməli olduğunu söyləyib. Lemuan rəsmi Yerevanın belə Qarabağı tanımağa cürət etmədiyini də diqqətə çatdırıb.
Beləliklə, Fransa Senatının Qarabağla bağlı tövsiyə xarakterli qətnaməsi hüquqi gücə malik sənəd olmasa da, bu barədə yekun qərar verəcək Fransa hökuməti üçün əlavə stimul mənbəyi olacaq.
Bu məqamda, 2008-ci il martın 14-də BMT Baş Assambleyasının iclasında baş verən səsverməni də yada salmaq yerinə düşər. Azərbaycanın ərazi bütövlüyü ilə bağlı keçirilən səsvermə zamanı “Azərbaycanın işğal alıtndakı ərazilərində vəziyyət” adlı qətnamənin qəbul olunmasını 39 ölkə dəstəkləmiş, 100 ölkə bitərəf qalmış və 7 ölkə isə bu qətnaməyə “yox” demişdi. Həmin ölkələrdən biri ATƏT-in Minsk Qrupunun həmsədri Fransa idi. O zamanda da Fransanın qərəzli mövqeyi Bakı ilə Paris arasında münasibətlərin soyuqlaşmasına zəmin yaratmışdı.
Göründüyü kimi, ATƏT-in Minsk Qrupununu həmsədr ölkəsi kimi obyektivliyini və münaqişə tərəflərinə təsir imkanını tam itirən rəsmi Paris növbəti qərəzli addımı ilə bu uçurumu daha da dərinləşdirmiş oldu. Və bu fonda Fransa prezidenti Emmanuel Makron və onun administrasiyasının Türkiyə siyasəti önə çıxır. İslamın islahatalara ehtiyacı olduğunu deyərək, ölkəsində müsəlmanlara təzyiqləri artıran, məscid və mədrəsələrə dövlət nəzarətini gücləndirən, ruhanilər qarşısında tələblər qoyan Makron bütün İslam aləminin əsas tənqid hədəfinə çevrilib. Məhz bu zəmində Makron və Ərdoğan arasında bütün dünyanın diqqətini cəlb edən söz dueli də yaşanmışdı. Rəsmi Ankaranın qlobal gücə çevrilməsi, Yaxın Şərq və Qafqaz regionunda söz sahibi olması Parisi qıcıqlandıran səbəblər idi. Məhz Ankaranın xarici uğurları Makron administrasiyasını Liviya münaqişəsində, Şərqi Aralıq dənizində, Kipr Respublikası və Yunanıstanla Türkiyə arasında sərhəd mübahisəsində və Qarabağ münaqişəsində Ankaraya əks olan tərəfləri dəstəkləməsi ilə nəticələndi.
Makron 2022-ci ilin aprelində keçiriləcək prezident seçkilərinə indidən hazırlaşır. Dövlət başçısı kimi qeyri-ciddi hərəkətləri, müsəlman icması ilə normal dialoq qura bilməməsi, “sarı jiletlilər”in dinc aksiyalarına kobud polis müdaxiləsi həyata keçirməsi, prezidentliyə namizəd olarkən söz verdiyi iqtisadi islahatlar paketini reallaşdıra bilməməsi, koronavirus qarşısında acizlik, cinayətkarlılğın geniş vüsət alması, miqrant böhranı ilə bağlı qətiyyətli addımların atılmaması onu ciddi elektorat itkisi ilə qarşı-qarışya qoyub. Məhz bu səbəbdən Makron 600 minlik erməni icmasının yardımına möhtac olub. Diasporun istəklərini qarşılamaq üçün o, Fransanın dövlət maraqlarına cavab verməyən, ziyanlı və cılız istəkləri həyata keçirməklə məşğuldur. Fransa Senatının Qarabağla bağlı qətnaməsi də bu zərərli, cılız siyasətin bir parçası olub. 
Əslində, Azərbaycan Ordusunun Vətən Müharibəsi dövründə faktiki olaraq varlığına son qoyduğu qondarma rejimi tanımaqla Fransa Senatı heç nə əldə etmədi. Əksinə, Fransa artıq ATƏT-in Minsk Qrupunun həmsədri, dünyanın güc mərkəzlərindən biri və ticarət tərəfdaşı kimi etibarını itirdi.

  • Yazılıb
  • da (də) 2020 Nov 27
  • Göndərən جهان کمالی