Tarix : 2020 Nov 28
Kod 60565

İranın nüvə alimi terror edildi

İranın Müdafiə Nazirliyinin Araşdırma və İnnovasiya Təşkilatı rəhbərinin terror əməliyyatı zamanı şəhid olması ilə bağlı bu ölkənin Müdafiə Nazirliyi açıqlama yayıb.

Arannews-iSNA-a istinadən xəbər verir ki, İran Müdafiə Nazirliyinin açıqlamasında bildirilir: " Bu gün günorta terrorçu silahlılar Müdafiə Nazirliyinin Araşdırma və İnnovasiya Təşkilatı rəhbəri Möhsin Fəxrizadənin avtomobilinə hücum edib.
Mühafizəçilər və terrorçular arasında güclü atışma baş berib. Atışma nəticəsində M.Fəxrizadə yaralanıb və xəstəxanaya çatdırılıb. Təssüflər olsun ki, həkimlərin səyinə baxmayaraq, bu zəhmətkeş müdir və alim uzun müddət xidmət və çalışmasından sonra şəhidik məqamına ucalı.
İranın Müdafiə Nazirliyi özünün mütəxəssis və çalışqan müdirlərindən birinin namərdcəsinə terror edilməsi münasibətilə Ali Rəhbərə və İran xalqına başsağlığı verir".
İranın nüvə aliminə qarşı terror hadisəsi törədilib.
Maide.Az Fars agentliyinə istinadən xəbər verir ki, İranın nüvə texnologiyası və raket sistemləri üzrə alimi Möhsin Fəxrizadəyə qarşı bu gün günorta saatlarında sui-qəsd törədilib.
Məluamta görə, nüvə alimi Tehranın şimal şərqində Absərd şəhərində terrora məruz qalıb.
Fars Agentliyinin məlumatına görə, əvvəlcə partlayış olub və daha sonra odlu silahla atəş açılıb. Həkimlər nüvə aliminin və digər yaralıların həyatını xilas etmək üçün çalışır.
Fars Agentliyinin məlumatına görə, terror hadisəsi İsrail rejimi tərəfindən törədilib.

  • Yazılıb
  • da (də) 2020 Nov 28
  • Göndərən جهان کمالی