Tarix : 2008 Jul 25
Kod 6057

ÇEÇENLƏR KÜRDLƏRƏ XƏSARƏT YETİRİBLƏR

Çeçenlər kürdləri evlərindən çıxardaraq vurmağa başlayıblar
Azerbaijan Servisi/Aran Agentliyi
Norveçdə çeçenlər kürdlərə hücum edib.

İslam-Azeri-nin Anadolu Xəbər Agentliyinə istinadlı xəbərinə görə dünən Norveçin paytaxtı Oslonun güneyindəki Oestfold qaçqınlar mərkəzində çeçenlər ilə kürdlər arasında insident baş verib.

Çeçenlər kürdləri evlərindən çıxardaraq vurmağa başlayıblar.

Qaçqınlar mərkəzinin rəhbəri Ole Morten Lyng NRK radiosuna müsahibəsində bu faktı təsdiqləyərək 40-50 nəfər çeçenin qaçqınlar mərkəzinə hücum etdiyini və kürdlərə bədən xəsarətləri yetirdiklərini önə çəkib.

Həmçinin bu insident zamanı heç kəsin həbs edilmədiyini də açıqlanıb.
  • Yazılıb
  • da (də) 2008 Jul 25