Tarix : 2020 Nov 29
Kod 60570

İraq da nüvə aliminin terror edilməsini pisləyib

İranın görkəmli nüvə fizikası və müdafiə alimi şəhid Möhsün Fəxrizadənin sui-qəsd nəticəsində öldürülməsi İslam Müqaviməti Cəbhəsi tərəfindən qınanılıb.
Arannews-Deyerler.org xəbər verir ki, Livanın Hizbullah hərəkatı İranın alimlərinə qarşı sui-qəsd edənləri müəyyənləşdirə biləcəyini və onların əllərini kəsə biləcəyini bildirib.
 Hizbullah bəyanatında İranın tanınmış nüvə və müdafiə alimi Möhsün Fəxrizadənin şəhid olmasına səbəb olan terror əməliyyatını şiddətlə qınayaraq belə deyib: “Xarici təhdid və sui-qəsdlər qarşısında İranın və xalqının yanındayıq. Sionist rejimin və bölgədəki bir sıra ölkələrin yeni ittifaqına qarşı İranın tərəfindəyik.
 İran cinayətkarları müəyyənləşdirə və iranlı alimlərə və rəsmi şəxslərə əl atanların əllərini kəsməyə qadirdir. Bu cinayətkarlar hər kim olursa olsun”.
 Hizbullah hərəkatının baş katibinin müavini Şeyx Nəim Qasım da iranlı nüvə aliminin terror edilməsinə belə reaksiya vermişdi: “Biz bu cinayət hücumunu qınayırıq və bu cinayətə cavabın İranın müvafiq sahələri tərəfindən veriləcəyinə inanırıq. Əlbəttə şəhid olmaq bir şərəfdir. Bu sui-qəsdlərdən qorxmuruq”.
 İraqın Ən-Nücəba İslami müqavimət hərəkatı da, İranın nüvə alimi Möhsün Fəxrizadənin şəhid edilməsi münasibətilə başsağlığı verib.
 Ən-Nücəba hərəkatının sözçüsü Nəsr Əş-Şəmmari Twitter-dən verdiyi mesajında bunları qeyd edib: “Böyük alim Möhsün Fəxrizadənin İmam Xameneinin İran İslam Respublikası və əziz və nəcib millətinin xidmətində şəhid olması ilə əlaqədar başsağlığı veririk”.
Nəsr Əş-Şəmmari sui-qəsdi qorxaq hərəkət kimi qiymətləndirib və belə qeyd edib: “Biz bu terror aktını qınayırıq və İslami İranın müqavimətinə, qələbəsinə və gücünə inanırıq.
İran şəhidlik ilhamına əsaslanan Həzrət Muhəmməd (s) və İmam Hüseyn (ə) inancı ilə zalımları və hegemon gücləri məğlub edəcək”.
 Yəmənin Ənsarullah hərəkatı şəhid Fəxrizadə cinayətini kəskin şəkildə qınayan bir bəyanat verib. Ənsarullah iranlı alimin şəhid olması ilə əlaqədar verdiyi başsağlığı bəyantında bunları qeyd edib: “İranlı alimin şəhid olmasına səbəb olan terror aktını qətiyyətlə pisləyirik. Tehranın bu cinayəti törədənlərə cavab vermək hüququnu vurğulayırıq.
 Böyük iranlı alimin öldürülməsi, düşmənlərin ümmətin elmi təcrübələrini hədəfə almaq cəhdidir. Elmi və peşə təcrübəsini özlərinə xas etmək istəyirlər və bu istiqamətdə uğursuz olacaqlar”.
"14 fevral" Bəhreyn İnqilabçı Gənclər Koalisiyası da, şəhid Möhsün Fəxrizadənin terror edilməsindəki pis məqsədli cinayətə İranın verəcəyi cavabı dəstəklədiyini açıqlayıb: “Bu cinayət şərin barmaq izlərinin açıq şəkildə göründüyü qorxaqcasına edilən bir hərəkətdir.
 Müqavimət Cəbhəsi gündən-günə güclənəcək və İnqilabın Ali Rəhbəri İslam Ümmətinin şərəfini, ləyaqətini və izzətini hədəfə alan cinayətkar ünsürlərə qarşı getdikcə daha möhkəm dayanacaq”.
Fələstinin HƏMAS və İslami Cihad hərəkatı da ayrı-ayrı açıqlamalar verərək, iranlı nüvə aliminin şəhid olmasına başsağlığı verib və iranlıların şər oxuna cavab vermək və nüvə inkişafına nail olma gücünü dəstəkləyiblər.
HƏMAS bəyantında bunları qeyd edib: “Bu sui-qəsd ABŞ və sionist rejimin İran İslam Respublikasına qarşı aramsız təhdidləri ilə üst-üstə düşdü. Məqsəd ümməti elmi tərəqqi və güc alətlərindən məhrum etməkdir ki, güc bütün ümməti hədəfə alan işğalçı Sionist rejimə və onun məskunlaşma layihəsinə aid olsun. Bu şəkildə bölgəni məhv girdabında saxlamaq, xaos və qeyri-sabitlik yaratmaqla sionist rejimin maraqlarına nail olmaq istəyirlər.
HƏMAS Möhsün Fəxrizadənin şəhid olması ilə əlaqədar Ali Dini Rəhbərə və İranın müsəlman millətinə başsağlığı verərək, belə deyib: “Bu itkini kompensasiya etmək üçün hamımızın İranın və millətin gücünə inanırıq və bilirik ki, daha çox səy və irəliləyişlə imperialist güclərin bölgədəki güc amilləri və elmi tərəqqi üzərində inhisarları pozulacaq”.
Fələstinin İslami Cihad hərəkatı da, iranlı alim Möhsün Fəxrizadəni hədəfə alan terror hücumunu qınayan bəyanat verib: “Sionist rejimin və ABŞ-ın bu terror cinayətində izləri olduqca aydındır”.
 
  • Yazılıb
  • da (də) 2020 Nov 29
  • Göndərən مهدی امیری