Tarix : 2020 Nov 28
Kod 60573

Sionist rejim bütün səfirliklərində hazırlıq səviyyəsini yüksəltdi

İranlı nüvə aliminin terror edilməsindən sonra, İsrail rejiminin bütün səfirliklərində qüvvələrin hazırlıq səviyyəsi artırılıb.
Arannews - Deyerler.org Farsnews-a istinadən xəbər verir ki, İsrail rejiminin televiziyası bu gün (28 noyabr) Təl-Əvivin səfirliklərində hazırlıq səviyyəsini yüksəltdiyi barədə xəbər verib.
"Ərəb 48" xəbər saytının verdiyi məlumata görə, İsrail rejiminin televiziyasının 12-ci kanalının hərbi müxbiri Təl-Əvivin dünən yəhudi toplantıları ilə yanaşı, bütün səfirliklərində hazırlıq səviyyəsini artırdığını bildirib.
Bu proses dünən (27 dekabr) İran İslam Respublikasının görkəmli nüvə və müdafiə alimi Möhsün Fəxrizadənin Tehran əyalətinin şimalındakı Dəmavənd şəhərinin Absard bölgəsindəki terror aktında şəhid olmasından sonra baş verir.
Amerikanın "Nyu-York Tayms" qəzeti dünən axşam üç kəşfiyyat səlahiyyətlisinə istinad edərək şəhid Möhsün Fəxrizadəyə hücumun arxasında sionist rejimin dayandığını bildirmişdi.
İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif də dünən axşam bir Twitter mesajında şəhid Fəxrizadənin terror edilməsində İsrail rejiminin rolunun əlamətlərinin olduğunu yazmışdı.
 
  • Yazılıb
  • da (də) 2020 Nov 28
  • Göndərən مهدی امیری