Tarix : 2020 Dec 01
Kod 60581

İran-Azərbaycan Birgə Palatasının sədri: Qarabağın bərpasında iştirak etməyə hazırıq

İran-Azərbaycan Birgə Palatasının sədri: Qarabağın bərpası üçün inşaat, iqtisadiyyat və sənaye qəsəbələri kimi bütün sahələrdə birgə işləyə bilərik.
Arannews:iran-Azərbaycan Birgə Palatasının sədri Hüseyn Pirmüəzzin “İLNA”-ya verdiyi açıqlamada deyib: “Bizim Azərbaycanla ticarət əlaqələrimiz yaxşı səviyyədədir və faydalı müzakirələrimiz baş tutmuşdur. Biləsuvar və Astara gömrükləri vasitəsilə ticarət mübadiləsində indiyə kimi heç bir problemlə üzləşməmişik.”
İranın Qarabağda bərpa işləri aparmağa hazır olduğunu bildirən Pirmüəzzin deyib: “Bu istiqamətdə hələ ki, heç bir danışıqlar aparmamışıq. İlk birgə komissiyada bu mövzu haqda söhbət olunacaq. Hal-hazırda sərhəd bölgələrində əməkdaşlıq etmək üçün şirkətləri toplamayırıq.”
Palatanın sədri əlavə edib: “Qarabağın bərpası üçün inşaat, iqtisadiyyat və sənaye qəsəbələri kimi bütün sahələrdə birgə işləyə bilərik.”  
  • Yazılıb
  • da (də) 2020 Dec 01
  • Göndərən جهان کمالی