Tarix : 2008 Jul 25
Kod 6059

AZƏRBAYJANDA BAHALIĞIN SƏBƏBKARI ABŞ-DIR

Qətiyyən qiymətlərin düşməyini ağlınıza gətirməyin
Azerbaijan Servisi/Aran Agentliyi
Amerikalılar insanları 3 qrupa ayırır. Birinci qrupdakılar “HAVE” yəni sahib olanlardır. Doğulan kimi mirasdan və ya işləyərək varlananlardır. İkinci kateqoriya insanlar “HAVE NOT”, yəni sahib olmayanlardır. Bunlara Afrikadakı acları misal gətirə bilərik. Amerikalılara görə 3-cü qrup insanlara “Have but in others hands”, yəni, ”sahibdir, amma sahib olduğu şey başqalarının əlindədir” kimi adlandırırlar. Onlar özlərini də bu üçüncü sinfə aid edirlər.
İndi bu sinifləndirmə ilə dünyaya baxdığımızda hər şeyin Amerikalılara aid olduğunu görürük. Məsələn, Ərəbistan neft yataqlarına ərəblər sahib ola bilərlər. Amma, Amerikalılar belə düşünür ki, onlar ABŞ-ın sərvətləridir. Sadəcə olaraq bu gün bu yataqlara Ərəblər sahibdirlər!

Amerikalıların bundan sonra edəcəkləri işin məzmunu: “Bu sərvətləri hansı üsullarla öz mənfəətimiz naminə istifadə edə bilərik?” Belə bir iş mexanizminə misal olaraq, ABŞ-ın İraqdakı “Çöl fırtınası” hərəkatını misal çəkmək olar. Həmçinin ABŞ ölkə başçılarını elə inandırır ki, onlar hətta TV-yə çıxıb “1 qoyub 3 götürəcəyik” deyə bilirlər.

ABŞ məhz eyni taktika ilə bütün XƏZƏR neftinə girişib. Onun bölgədə düşündüyü tək şey 700 trilyon dollarlıq Xəzər neftinin istismarıdır. Bu puldan başda Azərbaycan olmaqla bütün Xəzər ölkələrinə qalan “qəpik səsləridir”.
Bir sözlə ölkələrin (3-cü dünya ölkələri) həm sərvət, həm kadr çatışmazlığı, həm ümümən iqtisadiyyatda yaranan ciddi boşluqlar bu ölkələrin xarici borclanmasına səbəb olur. Təbii ki, borcu verən elə sərvətləri satın alanın özüdür! Borclanma isə mövcud ”BORCA ƏSASLANAN PUL SİSTEMİ”nin tələblərinə uyğun olaraq daim artmaqdadır. Aldığı borcdan dəfələrlə artıq borc qaytarmış ölkələr var ki, hələ də borcludurlar. Xarici borcun olması və ən əsası daim artması ölkələrdə büdcə kəsrinin artması deməkdir. Büdcə kəsrinin daim artması isə həm xarici borcun daha da artması, həm vergilərin daim artması, həm inflyasiyanın daim artması, həm də qiymətlərin artması deməkdir. QƏTİYYƏN QİYMƏTLƏRİN DÜŞMƏYİNİ AĞLINIZA GƏTİRMƏYİN. Nə qədər ki neft Qərbə axır, qiymətlər daha sürətli artacaq. Və ağlınıza belə gətirməyin ki, iqtidarlar dəyişsə işlər düzələcək. Virus ABŞ-ın bizə sıradığı kapitalist iqtisadi sistemin kökündədir.
  • Yazılıb
  • da (də) 2008 Jul 25