Tarix : 2020 Dec 11
Kod 60617

ATV-nin Şəhid Mütəhhərinin cümləsini seçməsi çox müdrik seçim sayılır

Yuxarıda verilən izaha diqqət etməklə, ATV telekanalının (həm də bu telakanal indiyə kimi Azərbaycan xalqının maraqlı olduğu dini dəyərləri nəzərə almayan televiziya kanallarındandır) son hərəkəti onun azərbaycanlı dindarların ictimai rəyini cəlb etməyə təlaşı kimi dəyərləndirilə bilər.
Arannews-Yeri gəlmişkən, sosial şəbəkərlər və vitural aləmin televiziya kanallarını ciddi problemlə üzləşdirdiyi indiki şəraitdə bu telekanallar öz xalqının istək və dəyərlərini təmsil etməyi bacarmasalar, ya istəməsələr, yaxud onlara bu iş icazə verilməsə və onlar xalqın əksəriyyətinin mədəniyyətinin əks istiqamətində hərəkət etsələr, uzun müddətdə deyil, qısa müddət ərzində öz yerini və etibarını itirəcəklər. Bu formul siyasi başçılar barədə də belədir.
Yuxarıda verilən izaha diqqət etməklə, ATV telekanalının (həm də bu telakanal indiyə kimi Azərbaycan xalqının maraqlı olduğu dini dəyərləri nəzərə almayan televiziya kanallarındandır) son hərəkəti onun azərbaycanlı dindarların ictimai rəyini cəlb etməyə təlaşı kimi dəyərləndirilə bilər. Əlbəttə, bu yolun əvvəli hesab olunur. Bunu da qeyd etmək lazımdır ki, bir neçə ay bundan əvvəl Azərbayan-sionist rejim ikili vətəndaşlığı olan Elxnan Razilin feyzbuk səhifəsində Şəhid Mütəhhəriyə qarşı təhqiramiz mövzu paylaşmasına və Azərbaycanda ictimai hissə toxunmasına diqqət etməklə, ATV-nin Ayətullah Şəhid Mütəhhərinin cümləsini seçməsi çox müdrik  seçim sayılır.
 Belə bir atmosferdə Azərbaycan televiziya kanalları, ondan da önəmlisi bu ölkənin dövlət adamları Azərbaycan xalqının dini inanclarının dərinliyini, işğal edilmiş ərazilərin geri alınmasında onun təsirli və inkaredilməz rolunu yaxşı başa düşdülər. Belə olduqda ən təbii, zəruri və ağıllı iş budur ki, üzdə də olsa, özünü bu ölkənin şiə məktəbinin coşqun prosesi və şiə xalqı ilə uyğunlaşdırasan. Belə bir şəraitdə Azərbaycanın televiziya kanallarının rəhbərləri, hətta dini məsələlərə etiqadlı və maraqlı olmasalar belə, sırf media sənəti prinsipləri əsasında, bu ölkə xalqının mədəniyyət zövqünə əhəmiyyət verməli, öz verlişlərinin məzmun və formasında diqqətiçəkən dəyişiklik yaratmalıdır.
Azərbaycan cəmiyyətinin dindar kəsimi ölkə hakimiyyətnin onlara qarşı bu qədər narahatlıqlar yaratmasına baxmayaraq hazırkı durumda işğal olunmuş ərazilərin azad edilməsi məsələsində bütün imkanları ilə hökuməti dəstəklədilər, hətta tanınmış islamçı məhbuslar da ayrı-ayrılıqda bəyanat yayaraq bu işdə dövləti və ordunu dəstəklədiklərini elan etdilər. Bu üzdən dindar kəsim keçmiş KİV siyasətini; məsələn televiziya kanallarında Aşura və s. kimi dini münasibətlərə diqqətsizliyi qəbul edə bilməzlər. Bu səbəbdən onların ən az gözləntisi budur ki, televiziya kanalları bu ölkə əhalisinin dini inanclarına hörmətlə yanaşsın; məsələn Qarabağ müharibəsi günlərində döyüş cəbhələrindən və Azərbaycanın şiə döyüşçülərinin səsləndidiyi azanı televiziyadan səsləndirməklə, bu müharibə şəhidlərinin hörmətini saxlasınlar.
Şəhid Mürtəza Mütəhhəri insanın ruhunun böyüklüyü barədə deyir: “Böyük ruha sahib insanların bədəni istər-istəməz zəhmətə və əzab-əziyyətə düşür. Təkcə o bədənlər tam rahatlıq, bəzən uzun ömür, çox şirin yuxu, çox ləziz yemək və bunun kimi şeylərdən faydalanır ki, kiçik ruha sahibdir.” Bugün Azərbaycan Respublikasında ötən 100 ildən indiyə kimi öz canlarını əzab-əziyyətə salmış böyük ruha sahiblərin, İslam alimləri və mütəfəkkirlərinin öz təlaş və mücahidlikləri ilə bu coğrafiyanın insanları üçün İslamın aydın yolunu və müqaviməti göstərmələrinin səmərəsini görürük. Bu böyük ruh sahibləri həqiqətləri bəyan etməklə, İslamı müdafiə etməklə zindan və işgəncələri öz canlarına alıblar ki, yeni nəsil və Azərbaycanın cavanları Allahu Əkbər nidası ilə düşmənin sinəsindən vursunlar, məscidlərin minarəsindən azan oxusunlar və Əliyən vəliyullah desinlər.
Mənbə: Anac
  • Yazılıb
  • da (də) 2020 Dec 11
  • Göndərən مدير سايت Aran News