Tarix : 2020 Dec 12
Kod 60626

Təbriz imam cüməsi: Qafqazlı qonşular sülhü möhkəmləndirməklə öz xalqlarına rahatlığı hədiyyə etsinlər

Təbrizin imam cüməsi: Azərbaycan xalqının sevinci ilə biz də sevinirik. Lakin Ali Məqamlı Rəhbərin 17 Rəbiul-əvvəldə vurğuladığı kimi terrorçuların bölgədə hüzuru qəbuledilməzdir və heç bir şəraitdə regionda geopolitik dəyişikliyə icazə vermərik. Bu məsələni qonşu ölkələr başa düşməli və ona riayət etməlidir.
AranNews – Təbrizdə Mədəni İnqilab Cəbhəsi Təşkilatının Şərqi Azərbaycan Bölməsinin təşəbbüsü ilə “44 günlük müharibədən sonra Qafqazın geopolitikasının araşdırılması” vebinarı keçirilib. Vebinarda çıxış edən Ali Məqamlı Rəhbərin Şəqri Azərbaycan əyaləti üzrə təmsilçisi Seyid Məhəmmədəli Ali-Haşim Azərbaycan Respublikası şəhidləri, qaziləri və döyüşçülərinin əli ilə İslam torpağı–Azərbaycan torpağının əsas hissələrinin azad edilməsini uca tutub.
İmam cümə Azərbaycan ordusu və xalq qüvvələrinin dini inanclarını, dini və şiə əhval-ruhiyyəsini Qarabağın azad olunmasında əsas amil adlandırıb və deyib ki, bu məsələ Azərbaycan ruhanilərinin, şair və məddah kimi dini fəallarının bu ölkə döyüşçülərinə alqışlanası dəstəyi, daha önəmlisi isə şiə təqlid mərcələrinin, xüsusilə də Ali Məqamlı Rəhbərin Azərbaycan Respublikasının haqq olmasını tam və ciddi şəkildə dəstəkləməsi ilə yanaşı olmuşdur.
Ali-Haşim İran İslam Respublikasını həmişə, xüsusilə də birinci və ikinci Qarabağ müharibəsində heç bir təmənnası olmadan Azərbaycan Respublikası xalqının köməyinə yetən ölkə adlandıraraq vurğulayıb ki, birinci Qarabağ müharibəsində İranın köməkləri hərtərəfli və nicatverici olmuşdur, ikinci Qarabağ müharibəsində də mənəvi və fikri dəstək vermişdir. Tarix və gələcək nəsil bu barədə söz açacaq. Azərbaycan rəsmiləri də dəfələrlə bu dəstəklərə işarə ediblər.
Təbriz imam cüməsi Azərbaycan Respublikasının qələbəsini keçmiş bir arzunun həyata keçməsi adlandıraraq deyib: “Ali Məqamlı Rəhbər Qarabağ məsələsində daim Azərbaycan Respublikasının haqq olmasını müdafiə etmişdir və Rəbi ayındakı tarixi bəyanatında Azərbaycanın işğal olunmuş bütün torpaqlarının azad edilməsinə təkid etdi.
Biz İslam dini təlimlərinə əsasən, öz ölkəmiz üçün arzu etdiklərimizi bütün İslam ölkələrinə və qonşularımıza da arzu edirik, Azərbaycanın hətta bir qarış torpağının da özgələrin işğalında qalmasını istəmirik. Ona görə də yaranmış son sülhü yaxşı qarşılamaqla yanaşı digər dövlətlərin öz qafqazlı qonşularımızın məsələlərində hüzur və oyunçuluğundan nigəranıq, onu müsbət dəyərləndirmirik. Belə inanırıq ki, Azərbaycanın qeyrətli xalqı öz torpaqlarını işğaldan azad edə bildiyi kimi onun təhlükəsizliyini də təmin etməyə qadirdir.” 
Doktor Ali-Haşim çıxışının davamında deyib: “Biz bu gün Azərbaycan Respublikası xalqının öz torpaqlarının əsas hissəsinin işğaldan azad edilməsinə görə sevincinə sevinirik, xarici qüvvələrin müxtəlif bəhanələrlə ölkələrində hüzurundan narahatlıqlarına şərikik. Ali Məqamlı Rəhbərin 17 Rəbidəki çıxışında dediyi kimi terrorçuların bölgədə hüzurunu qəbul etmirik və heç bir vəchlə regionun geopolitik dəyişikliyinə icazə vermərik. Qonşu ölkələr bunu başa düşməli və ona riayət etməlidir.”
Ali Məqamlı Rəhbərin Şərqi Azərbaycan əyaləti üzrə təmsilçisi qafqazlı qonşuların 44 günlük müharibədən sonra yaranmış vəziyyətdən istifadə edəcəklərini, bölgədə ədalətli sülh və ədaləti möhkəmləndirməklə öz xalqlarına rifah və rahatlığı töhfə verəcəklərinə, İslam və bəşəriyyətin düşmənlərinə, o cümlədən bölgədə böhran və münaqişə yaratmağa səy edən sionist rejiminə hüzur və nüfuz icazəsi verməyəcəklərinə ümid etdiyini bildirib.
Təbriz imam cüməsi çıxışının sonunda bəzi dairələrin İranın Ermənistana dəstək verməsini iddia edərək İran əleyhinə qalmaqal yaratmaq səyləri barədə deyib: “Təqlid mərcələri, xarici işlər naziri, Dünya Müsəlmanlarının Vəliyyi-Əmrinin mövqeləri bu məkirli planları puç etdi və Allahın istəyi ilə onların şərri özlərinə qayıtdı.”
  • Yazılıb
  • da (də) 2020 Dec 12
  • Göndərən جهان کمالی