Seyid Məhəmmədəli Ali-Haşim Türkiyə prezidentinin təfriqəçilik hərəkətini qınayaraq deyib: “90-cı illərdə Qarabağ müharibəsində “azərilərin biz türklərə aidiyyatı yoxdur” deyənlər, indi özlərini hansı üzlə azərilərin yanında göstərmək istəyirlər?”
Arannews: xəbər verir ki, Təbrizin imam cüməsi höccətül-islam vəl-müslimin Seyid Məhəmmədəli Ali-Haşim Türkiyə prezidentinin təfriqə xarakterli hərəkətinə münasibət bildirərək deyib: “Qonşu ölkələrin bəzi rəsmilərinin şer oxumaqda məqsədinin İran İslam Respublikası və Azərbaycan Respublikası arasındakı isti münasibətləri pozmaq olub-olmadığını bilmirəm. Özü də bu hərəkət Azərbaycan Respublikası xarici işlər nazirinin İranda olduğu, bu səfərdə çox yaxşı razılaşmaların əldə edildiyi, xüsusilə də iki ölkə münasibətlərinin Ali Məqamlı Rəhbərin bəyanatı və İslami İranın rəsmilərinin işğal edilmiş ərazilərin azad edilməsi barədə mövqelərindən sonra yaxşı və doğru yolda irəlilədiyi bir vaxtda baş verir.”
Vəliyyi-fəqihin Şərqi Azərbaycan əyaləti üzrə təmsilçisi daha sonra deyib: “Həmin vaxtda söylənən belə bu məzmunlu şer və açıqlamaların mənası o qədər də aydın deyil. Amma bunu qeyd edim ki: “Əgər İran olmasa, mənim canım olmasın. Bu məmləkətdə heç kim diri qalmasın.” Bu hərəkət Azərbaycan Respublikasının ərazi bütövlüyünə bir növ hörmətsizlikdir. Halbuki, İran öz qonşularının ərazi bütövlüyünə hörmətlə yanaşır.”
Təbriz imam cüməsi daha sonra deyib: “Bəlkə də Türkiyə və sionist rejimi arasındakı münasibətləri normallaşdırmaq üçün aparılan gizli müzakirələr bu söhbətdə təsirsiz olmamışdır. İran Türkiyədə silahlı çevrilişi pisləyən ilk ölkə oldu.”
Ali-Haşim sonda deyib: “90-cı illərdə baş vermiş Qarabağ müharibəsində “azərilərin müharibəsinin türklərə aidiyyatı yoxdur” deyənlər, indi hansı üzlə özlərini azərilərin yanında göstərmək istəyirlər?”