Tarix : 2020 Dec 13
Kod 60632

Türkiyə xarici işlər naziri: Ərdoğan oxuduğu şeirin məzmunundan xəbərdar olmayıb

Mövlud Çavuşoğlu Türkiyə prezidentinin oxuduğu şeirə qarşı iranlıların həssaslığından xəbərdar olmadığını və onu məhz Qarabağ və Laçınla bağlı oxuduğunu bildirib.
Aran News – İran Xarici İşlər Nazirliyinin informasiya mərkəzinin verdiyi xəbərə görə, Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu İranın xarici işlər naziri doktor Məhəmməd Cavad Zəriflə telefon danışığında İran və Türkiyə arasında yaxın və dostcasına münasibətlərə, Ankaranın qətiyyətli yaxşı qonşuluq siyasətinə təkid etməklə yanaşı, İran tərəfini əmin edib ki, Türkiyə prezidenti İranın milli suverenliyi və ərazi bütövlüyünə tam hörmətlə yanaşır, oxuduğu şeirin də həssaslığından xəbərdar olmayıb, onu sırf Qarabağ və Laçınla əlaqəli bildiyi üçün Bakıda keçirilən mərasimdə oxuyub.
İranın xarici işlər naziri doktor Zərif də bu telefon danışığında Tehran-Ankara arasındakı dost münasibətlərin əhəmiyyətini, iki ölkənin bir-birinə hörmətini, Türkiyə prezidenti və İranın yüksək məqamlı rəsmiləri arasında səmimi münasibətlərin olduğunu vurğulayıb, qarşılıqlı etimad sayəsində ikitərəfli münasibətlərin daha da genişlənəcəyinə ümidvar olduğunu ifadə edib.
  • Yazılıb
  • da (də) 2020 Dec 13
  • Göndərən حامد پورعلی