Təbriz Universitetinin professorları Ərdoğanın Bakıda təfriqəçi hərəkət edərək şeir oxumasını pisləyiblər və onu İranın ərazi bütövlüyü, milli vəhdəti və hökuməti əleyhinə məkirli plan və təhrik adlandırıblar.
AranNews – Təbriz Universiteti professorlarının Ərdoğanın təfriqəçi hərəkətini pisləyən bəyanatı aşağıdakı kimidir:
Bismillahir-Rəhmanir-Rəhim
Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğanın 10 dekabrda Bakıda keçirilən paradda İranın ərazi bütövlüyü, onun xalqının birliyi, habelə başıuca Azərbaycan xalqının qeyrət, şərəf və hisləri əleyhinə sözləri Təbriz Universiteti müəllimlərinin qəlbini dərindən ağrıtmışdır. Bu kimi işğalçılıq xarakterli və gərginlik yaradan hərəkətlər bölgənin sabitlik və əmin-amanlığını təhdid edir, İran və Türkiyə münasibətlərinə xələl gətirir. Təbriz Universitetinin müəllimləri bu kimi açıqlama və hərəkətlərə sərt etirazını bildirməklə yanaşı onu İran İslam Respublikasının ərazi bütövlüyü, milli vəhdəti və hökuməti əleyhinə məkirli və təhrikedici plan bilir, bu qonşu ölkədən öz hərəkətlərində lazımi rasionallığı ciddi şəkildə nəzərə almasını gözləyirlər.
Habelə, Xarici İşlər Nazirliyi və şəxsən nazir Məhəmməd Cavad Zərifin bu istiqamətdəki mövqeini dəstəkləməklə yanaşı, İran İslam Respublikası hökumətindən gözləntimiz budur ki, Türkiyənin Qafqaz bölgəsində müdaxilə və nüfuz siyasəti qarşısında lazım olan qabaqlayıcı tədbirləri həyata keçirsin, çünki bu siyasət İranın milli maraq və təhlükəsizliyi üçün zərərlidir.
Azərbaycanın şərəfli və qeyrətli əhalisi həmişəki kimi İslam İnqilabı, İran ərazi bütövlüyü və milli kimliyinin müdafiəsinin ön səngərində dayanmışdır, düşmənin, xüsusilə də beynəlxalq sionizmin uydurmalarına icazə verməyəcək.