Azərilər yaşayan əyalətlərin dini, mədəni, siyasi və universitet elitası Türkiyə prezidentinin təfriqəçi hərəkəti qarşısında mövqelərini açıqlayıblar
AranNews – Redaksiyamızın “İRNA”-ya istinadla verdiyi xəbərə görə, Ərdoğanın təfriqəçilik hərəkəti çərçivəsində İran-Rusiya müharibələrində Qafqaz ərazilərinin İrandan qoparılmasından doğmuş “həsrət ədəbiyyatı” şeirindən bir parçanı oxuması Şərqi Azərbaycan əyalətinin dini, mədəni, siyasi və universitet elitasının kəskin reaksiyası ilə üzləşib. Onların Ərdoğanın təfriqəçilik hərəkəti qarşısındakı bu mövqei ictimai rəy arasında böyük əks-səda doğurub. Çünki ictimai rəy onları fikri mərcə kimi tanıyır və onların mövqeləri konteksində manevr verirlər.
Vəliyyi-fəqihin şimal-qərb əyalətləri üzrə təmsilçiləri
Vəliyyi-fəqihin şimal-qərb bölgələri üzrə təmsilçiləri, Təbriz, Zəncan, Ərdəbil və Urmiya şəhərlərinin imam cümələri bundan əvvəl Qarabağ müharibəsində bəyanat yararaq Azərbaycan Respublikasına dəstək verərək regional və beynəlxalq aləmdə baş verən hadisələrlə yaxından tanış olduqlarını sübut etdikləri kimi, bu dəfə də Ərdoğanın təfriqəçilik hərəkətinə reaksiya olaraq bəyanat yaydılar. Onların birgə bəyanatının bir hissəsində deyilir:
“Azərbaycanın Qarabağda qazandığı qələbəyə görə keçirdiyi paradda ölkəmizin suverenliyi və ərazi bütövlüyünü hədəf alan şeir səsləndirildi. Şeiri oxuyan onun öz ana vətənindən ayrı düşmüş iranlılar tərəfindən söyləndiyini anlamayıb. 200 ildir ki, rus çarlığı vasitəsilə ana vətənindən, ata-baba torpağından və tarixi vətənindən ayrı düşmüş Qafqazın 17 vilayətinin sakinləri olan iranlılar həsrət şeirləri oxuyur, həsrət şeirləri ilə yaşayırlar. Yaxşı olar ki, sevgili ölkəmiz İran tarixinin tədqiqatçıları həsrət şeirlərini toplayaraq Türkiyə prezidentinə göndərsinlər ki, onun nitqinin mətnini hazırlayanların ona nə qədər böyük xəyanət etdiklərini və böyük bir rüsvayçı hala saldıqlarını anlasın.”
Şərqi Azərbaycan valisi
Şərqi Azərbaycan əyalətinin valisi deyib: “İran iftixarlı və əzəmətli bir tarixə sahibdir, onun xalqları arasında vəhdət və birlik dalğalanır.
Biz İranın müsəlman azərbaycanlılarıyıq, öz milli və etnik mədəniyyətimizi qoruyuruq, bölgəmizin rifah və inkişafına təlaş edirik, Türkiyə prezidentinin müdaxilə xarakterli hərəkətini kəskin şəkildə pisləyirik.”
Təbriz Azad İslam Universitetinin rektoru
Təbriz Azad İslam Universitetinin rektoru: “Azərbaycanın daxili vəziyyəti ilə bağlı səhv təsəvvürlər bəzi şəxs və cinahlar tərəfindən Ərdoğana ötürülür və o da böyük bir qələbə qazandığını, Türkiyə və Azərbaycanın müttəfiq olduğunu düşünür, İranın Azərbaycan türklərinə ümidvar olur.”
Təbrizin millət vəkili
Təbriz əhalisinin İslami Şura Məclisində təmsilçisi Əhməd Əliriza Beygi: “Ərdoğanın azərilər yaşayan İran əyalətlərinin müstəqilliyi barədə oxuduğu şeir Qafqaz şəhərlərinin İrandan ayrı düşdüyü üçün oxunmuş bir şeirdir və şair orada İranı Ana Vətən adlandırmış, Qafqazın İranın azəridillilər bölgəsindən ayrılmasına təəssüfləndiyini dilə gətirmiş, qoparılmış Qafqazın İranın azəridilli bölgələrinə qayıtmasını istəmişdir.”
Əliriza Beygi vurğulayıb: “İran müxtəlif dilli və dialektli sakinlərdən ibarət olsa da, onların hamısı bir milləti təşkil edir və iranlı olmalarına tam inanırlar.”
Təbrizli millət vəkili Mütəfəkkirazad
Təbriz əhalisinin İslami Şura Məclisində təmsilçisi Ruhullah Mütəfəkkirazad: “Ərdoğanın təfriqəçi hərəkəti onun 2016-cı ilin iyul çevrilişini yaddan çıxardığını göstərir.
Biz torpaqlarımızın ayrılması qarşısında iddia etmədik, Ərdoğan İrana qarşı xor baxanların taleyinə diqqət etsin.”
Qafqaz məsələləri üzrə ekspert
Qafqaz məsələləri üzrə ekspert və təbrizli sosial media fəalı Məhdi Nalbəndi : “100 il bundan öncə Atatürk Azərbaycanı Stalinə satdı və Nərman Nərmanov Bakıya gəldi. Rəsulzadə qaçdı və Cumhuri kitabını Türkiyədə yazdı, Ənvər Paşa da getdi. Rəsulzadə kitabında yazdı ki, Azərbaycan Respublikası Türkiyənin əyalətlərindən biridir və kiçik Türkiyədir.”
Polotoloq daha sonra deyib: “Qafqaz heç vaxt Turan torpağı olmayıb. Birinci dünya müharibəsində Qafqazı Turana ilhaq etmək röyası Osmanlı İmperatorluğunu məhv etdi.”