Tarix : 2020 Dec 15
Kod 60638

Təbrizdə Qarabağ şəhidlərinin anım mərasimi keçirildi-

Təbrizin müsəlman və inqilabçı əhalisinin iştirakı ilə Qarabağ şəhidlərinin üçün anım mərasimi keçirilib və şəhidlərin fotolarından ibarət sərgi nümayiş etdirilib.
AranNews – Təbrizdə Qarabağ şəhidlərinin anım mərasimi keçirilib. Mərasimdə höccətül-islam Riza Novin İslamın əvvəlindən indiyə kimi şəhid məqamını açıqlayıb, Qarabağ şəhidlərini uca tutub. Xətib deyib: “İnsanlar Allahın aşiqi olduqda bəziləri övladlarından, bəziləri mal və sərvətlərindən keçir, amma şəhid Allah yolunda öz canından keçir.”
Xətib əlavə edib: “Allah-Taala Qurani-kərimdə buyurur ki, Allah yolunda öldürülənləri ölü bilməyin, onlar diridirlər və Rəbbi yanında Onun ruzilərindən bəhrələnirlər. Hər kim əbədi diri olan Allah ilə əlaqə yarada bilsə, bu əbədi həyat onun üçün də olacaq və o da əbədi olaraq diri qalacaq.”
Şəhid sözünün mənasını açıqlayan xətib deyib: “Əgər bir kəs halal ruzi, yaxud elm kəsb etmək kimi vəzifəsini həyata keçirərkən ölsə, o şəhiddir. Bu şəhidin ümumi mənasıdır. Amma şəhid xüsusi mənada o kəsə deyilir ki, döyüş meydanında öldürülmüş olsun. Bu surətdə ona qüsl verməyə, kəfənləməyə də ehtiyac yoxdur, həmin qanlı paltarında onu dəfn edirlər.”
Höccətül-islam Novin xütbəsinin digər hissəsində İran və Azərbaycan münasibətlərinin genişlənməsinə də təkid edərək deyib: “Azərbaycan Respublikası hökumətinin sionist rejimi ilə münasibətlərinin olmasına görə, biz müsəlman Azərbaycan xalqından uzaqlaşmamalıyıq. Azərbaycan və İran xalqlarının bir-birindən uzaqlaşmasının xeyrini bu iki ölkənin düşmənləri, yəni qondarma İsrail rejimi və Amerika görəcək.”
Təbriz Universitetinin müəllimi çıxışının sonunda Türkiyə prezidentinin təfriqə xarakterli şeir oxumasına da toxunaraq deyib: “Təbriz əhalisi Ərdoğana xatırlama məqsədilə haqq olaraq etiraz aksiyası keçirdilər. Çünki belə nəzərə gəlir ki, o, yeni-osmançılıq təfəkkürü ilə bu hərəkətləri etmişdir. Belə olan surətdə sükut etmək olmazdı.”

  • Yazılıb
  • da (də) 2020 Dec 15
  • Göndərən جهان کمالی