İordaniya parlamentinin millət vəkili Tariq Xuri: Xoş olsun sionistlərin halına ki, bizim tüfənglərimizi bir-birimizə tuşlamağımız üçün iş görməyi bacarıblar və hazırda onlar hər gün sionistlərin yaşaması üçün yaşayış məntəqələri inşa edir və bizə gülürlər!!!
Arannews- Nəhayət ki, siyasi və məzhəbi qərəzləri olmayan, yerində söz deyən sünni məzhəbli bir ərəb tapıldı!!!
İordaniya parlamentinin millət vəkili Tariq Xurinin sözləri, İordaniya küçələrini alovlandırdı və sələfi partiyaları və qruplarını vahiməyə saldı!!!
Cənab Xuri öz məqaləsində belə yazıb:
Fələstinə xəyanət edənlər şiə idilərmi?!
Liviyanı məhv edənlər və Liviya xalqını öldürənlər şiələrdirmi?!
Öz cəsədlərini İraq, Suriya, Səudiyyə Ərəbistanı, Küveyt və s. yerlərdə partladan intiharçılar şiələrdirmi?!
Məscid əl-Əqsaya od vurub yandıranlar şiələr idimi?!
Somali ölkəsini məhv edənlər şiələr idimi?!
Bağdadı bombalayan Amerika təyyarələri şiələrinmi aeroportundan qalxırdı?!
Misirin Sina səhrasında baş verən partlayışları şiələrmi törədirlər?!
Görəsən əl-Qaidə, İŞİD və ən-Nüsrə cəbhəsi şiədirlərmi?!
Nə üçün sionistlərin arasında intiharçı əməliyyatlar görmürük, amma, müsəlman xalqlar arasında görürük?!
Qərzavi (radikal sələfi alimi) şiə alimlərindəndir?! O bütün haramları halal etmişdir?!
Xoş olsun sionistlərin halına ki, bizim tüfənglərimizi bir-birimizə tuşlamağımız üçün iş görməyi bacarıblar və hazırda onlar hər gün sionistlərin yaşaması üçün yaşayış məntəqələri inşa edir və bizə gülürlər!!!
Görürük ki, səudiyyəlilər, liviyalılar, tunislilər və başqaları hər gün intiharçı əməliyyatları keçirirlər və işğal edilmiş Fələstindən başqa, bütün İslam ölkələrində bomba partladırlar!!! O yerdə ki, sionistlər öz yerlərini isti ediblər. Niyə və nə görürlər?! Görəsən Livan Hizbullahı onlara mane olub?!
Niyə İran şahı vaxtında əhli-sünnənin heç bir hərəkatı və şahla müxalifəti olmamışdı?! Baxmayaraq ki, şah da şiə idi!!! Müxalifət etmək qalsın bir qırağa, əksinə, bütün əhli-sünnə ona itaət edirdi!!!
Livan Hizbullahını tənqid edirsiniz ki, niyə Fələstini azad etmirlər, halbuki, bir partiya və azca sayılası həddən çox deyillər və ərəb və İslam dövlətləri və hökumətləri gizli və aşkar formada yəhudilərin onlardan razı olmasını istəyirlər ki, onların da sonuncusu Ərdoğan idi!!!
Hər halda, mən öz fikrimə malikəm, siz də öz fikrinizə. Amma, nə vaxtsa Fars körfəzi ölkələrindən bir vətəndaş işğal edilmiş Fələstində şəhadət tələbli əməliyyat keçirsə, o vaxt fikrimi dəyişərəm!!!
Elə ki İŞİD və əl-Qaidənin bayrağının İsrail Knessetinin üzərində dalğalandığını görsəm və ərəb ölkələri sionistlərin səfirliklərini bağlasalar, onda bu inanca çataram ki, mən səhv etmişəm!!!
Paylaşın ki, İslam dünyasında hələ də qəflət yuxusunda olan xalqlar oyansınlar!!!