Tarix : 2020 Dec 20
Kod 60654

Aşura məktəbinin şagirdi olmaq; Azərbaycan cavanlarının Qarabağda uğur rəmzi

Azərbaycan və Ermənistan arasında müharibənin bitməsindən bir ay ötür. Bu müharibəni müxtəlif aspektlərdən araşdırdıqda maraqlı bir məsələ diqqəti daha çox cəlb edir. O da 44 günlük müharibədə azəri cavanlarının İslama, məsum imamlara (ə), xüsusilə də İmam Hüseynə (ə) xüsusi eşq və sevgisidir.
AranNews – Azərbaycan Respublikası 27 sentyabrda başlamış 44 günlük müharibədə 30 il Ermənistanın işğalı altında qalmış Qarabağ torpaqlarını işğaldan azad etdi.
2783 azəri cavanın şəhid olduğu bu qanlı müharibə Azərbaycan, Rusiya və Ermənistan başçılarının 31 oktyabrda imzaladığı bəyanatla sona çatdı.
Müharibənin başladığı ilk günlərdən daha çox özünü göstərən məsələ islami şüarlar oldu. Xüsusilə də azəri cavanlarının bu müharibədə İmam Hüseynə (ə), həzrət Əbəlfəzə (ə) və Kərbəla şəhadət məktəbinə sevgiləri özünü daha çox göstərirdi. Azərbaycan Respublikasının sosial şəbəkələrindən yayılan foto və video görüntülər bu həqiqəti təsdiq edir.
Habelə, həmin sosial şəbəkələrdə Azərbaycan Respublikası hərbçilərinin sərbəst vaxtlarında bir yerə toplanaraq nohə oxumaqla və sinə vurmaqla İmam Hüseynə (ə), onun vəfalı səhabələrinə sevgilərini göstərmələrinə aid çoxlu görüntülər yayıldı.
Azərbaycan Respublikasının torpaqlarını 30 ilə yaxın işğal altında saxlamış ermənilər, bu müddət ərzində həmin ərazilərdəki bütün evləri, iqtisadi obyektləri və infrastrukturları dağıtmışdılar, Ağdam, Zəngilan, Cəbrayıl, Qubadlı, Füzuli rayonlarını tamamilə məhv etmişdilər, qəbiristanlıqları, mədəni abidələri, İslama aid dini məkanlarına çoxlu ziyan vurmuşdular.
Bu torpaqlar azad edildikdən sonra oradakı məscidlərin, digər dini məkanların ürək ağrıdan görüntüləri yayıldı. Onlardan bəziləri dağıdılmış, bəziləri də yararsız hala salınmışdı, ermənilər həmin dini məkanlarda inək və donuz saxlayırdılar.
Çox diqqəti çəkən məsələlərdən biri də budur ki, Azərbaycan Respublikası cavanları Qarabağda hər bir kənd və rayonu işğaldan azad etdikdən sonra ilk addımda həmin məntəqənin məscidlərində və digər dini məkanlarında milli bayrağı sancdıqdan sonra orada azan səsləndirirdilər.
Azərbaycan Respublikasının prezidenti İlham Əliyev də müharibə bitdikdən sonra öz həyat yoldaşı ilə birlikdə işğaldan azad edilmiş Ağdam şəhərinə səfər etdi və bu səfərdə ilk olaraq bu şəhərin yarı dağıdılmış məscidini ziyarət etdi.
Azərbaycan Respublikasının dini məsələlər üzrə eksperti Natiq Rəhimov belə inanır ki, Qarabağ müharibəsinin nəticələrindən biri cəmiyyətdə islami dəyərlərin faydalı və müsbət yeri və onun mühüm rolunun bir daha təzahür etməsi idi. Bu müharibədə şəhadət anlamı bəlkə də milli tarixdə misli görünməyən səviyyədə dərk olundu.
Ekspert bu müharibədə İmam Hüseyn (ə) adının azəri hərbçilər arasında qorunmasına toxunaraq yazır: “Məscid azad edilmiş Şuşa və Ağdam şəhərləri üçün simvola çevrilmişdi.”
Azərbaycan Respublikasının dindar döyüşçüləri müharibənin hətta çətin şəraitində də ibadətlərini yaddan çıxarmırdılar və onlardan bəziləri namaz qılarkən şəhid oldular.
Azərbaycan Respublikası əsgərləri məsum imamlara (ə), xüsusilə də İmam Hüseynə (ə) öz sevgilərini nümayiş etdirmək üçün işğaldan azad edilmiş yerlərdə İmam Hüseyn (ə) bayrağı qaldırırdılar. Strateji əhəmiyyətli Şuşa şəhərinin məscidi qarşısında dalğalandırılan bayraq onun bir nümunəsidir.

 
  • Yazılıb
  • da (də) 2020 Dec 20
  • Göndərən جهان کمالی