Tarix : 2020 Dec 23
Kod 60664

Ali-İshaq: Qarabağın iranlı mütəxəssislər tərəfindən bərpası üçün zəminə tam hazırdır

İranın Ticarət, Sənaye, Mədən və Kənd Təsərrüfatı Palatasının üzvü Yəhya Ali-İshaq: Qarabağın bərpası, abadlıq işləri və inkişaf etdirilməsi üçün İranın texnologiya, təchizat, təcrübə və bilik baxımından heç bir problemi yoxdur
Arannews-Siyasi münasibətlər baxımından da iki ölkə arasında yaxşı vəziyyət mövcuddur. Beləliklə, iranlı mütəxəssislər, şirkətlər və podratçılar tərəfindən Qarabağda bərpa işlərinin aparılması üçün zəminə tam hazırdır.
Palatanın üzvü Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində bərpa işlərində iştirak etmək üçün İranın potensial və üstünlüklərinin araşdırıldığına da toxunaraq deyib: “Azərbaycan Respublikasının Prezidenti dost ölkələrdən Qarabağın bərpasında fəal iştirak etməyi istəyib. Azərbaycanla dost münasibətləri olan ölkələr arasında İran Qarabağın bərpası üçün daha çox üstünlüklərə sahibdir. İran podratçıları təchizat, yumşaq proqram, işçi qüvvəsi, habelə müharibədən sonrakı bərpa və təmir işləri sahəsində təcrübəyə malikdir.
İranın ölkədən xaricdə inkişaf və genişləndirmə fəaliyyətlərinin yaxşı təsirləri olmuşdur. İran şirkətləri digər ölkələrdə böyük layihələr icra ediblər və etməkdədirlər. Bizim işçi qüvvələrimiz də regional səviyyədə yüksək elmi və texniki bacarığa görə bir çox ölkələrdən irəlidə dayanır. Texniki baxımdan bizim inşaat, yol tikintisi, bəndlərin salınması və digər layihələrə aid texniki avadanlıqlarımız vardır və ölkə daxilində çoxlu layihələr icra etmişik. Bu illər ərzində ölkədə daxili mütəxəssislər tərəfindən ən azından 40 su anbarı tikilib istifadəyə verilmişdir. Yol tikintisi, dəmir yol salınması, limanların tikintisi və genişləndirilməsi cəhətdən də İranın xarici ölkəyə ehtiyacı olmamışdır, bütün infrastruktur layihələri daxili işçi qüvvələrinə və əsasən İran istehsalı olan texnika və avadanlıqlarına arxalanmaqla icra olur. Digər tərəfdən bizim məzunlarımız da texnoloji üstünlük və təcrübəyə sahibdirlər. 
İranın Qarabağın bərpasında iştirakının digər üstünlüyü də Azərbaycan Respublikasına yaxın olmasıdır ki, maddi-texniki və nəyliyyat baxımından bu məsələnin özü böyük əhəmiyyət daşıyır. İki ölkənin bir-birinə yaxın olması, avadanlıqların və işçi qüvvələrinin daşınmasını ən yüngül xərclə mümkünləşdirir. Habelə, iki ölkənin bir-biri ilə ümumi yüksək tanıma əlaqələri də vardır.
Qarabağın bərpası, abadlıq işləri və inkişaf etdirilməsi üçün İranın texnologiya, təchizat, təcrübə və bilik baxımından qətiyyən heç bir problemi yoxdur. Siyasi münasibətlər baxımından da iki ölkə arasında yaxşı vəziyyət mövcuddur. Beləliklə, iranlı mütəxəssislər, şirkətlər və podratçılar tərəfindən Qarabağda bərpa işlərinin aparılması üçün zəminə tam hazırdır. Digər tərəfdən tikinti-inkişaf şirkətlərində yüksək sərbəst potensiallarımız vardır. Bizim imkanlarımızın böyük hissəsi hal-hazırda sərbəstdir.
Qeyd olunan məsələləri nəzərə almaqla, demək olar ki, iqtisadi, daha çox tanışlıq, iki ölkənin yaxınlığı və s. səbəblərindən Qarabağda bərpa işlərinin aparılması üçün iranlı şirkət və podratçılardan faydalanmaq Azərbaycanın xeyrinədir. Bunun İran tərəfi üçün də faydası vardır. Çünki sərbəst potensiallarımız vardır ki, Azərbaycanın azad edilmiş bölgələrində onlardan istifadə edə bilərik.
İnfrastrukturların inkişaf etdirilməsində də İranın mütəxəssis qüvvələri vardır və inkişaf işlərində texnologiya, prosedur, modellərə sahibik.
Daha önəmli məsələlərdən biri də İran tikinti materialları, sement, polad, armatur, alüminium və s. istehsal etməsidir. İranın bərpa işlərində iştirakı Azərbaycanın xərclərinin azalmasına səbəb olacaq. İran habelə, yüngül və ağır nəqliyyat vasitələri istehsal edir. Bəzək və təməl işlərində də İran şirkətləri regionda bənzərsizdir.
Bunu da qeyd edək ki, Qarabağda bərpa işlərində İran şirkətləri həm tək, həm də əvvəllər yaxından əməkdaşlıq etdiyi digər ölkələrlə konsorsium və ya ortaqlıq şəkildə iştirak edə bilər. Qarabağın bərpası İran şirkətləri üçün bir fürsətdir və Azərbaycan Respublikası bundan neçə qat artıq faydalanacaq.
  • Yazılıb
  • da (də) 2020 Dec 23
  • Göndərən جهان کمالی