İslami Şura Məclisinin rəyasət heyətinin üzvü azad ediliş bölgələrin bərpa edilməsində Bakının İrana güvənə biləcəyini açıqlamaqla yanaşı deyib: “İran İslam Respublikası Azərbaycan Respublikası ilə birlikdə Qarabağda azad edilmiş yerlərin bərpasında iştirak edə bilər.”
AranNews - Ruhullah Mütəfəkkirazad cümə günü “İRNA” müxbirinə verdiyi müsahibədə İran və Azərbaycan Respublikası xalqlarının mədəni, etnik və dini ortaqlıqlarına toxunaraq deyib: “İranın qonşularla münasibətləri konstruktiv yanaşma üzəridədir. Xüsusilə də mədəni ortaqlıqları olan ölkələrə qarşı bu yanaşma daha çox əhəmiyyət daşıyır və İslam Respublikası həmişə çətin şəraitdə onlara kömək etməyə səy göstərmişdir.”
Təbriz, Azərşəhr və Üskü əhalisinin İslami Şura Məclisində təmsilçisi bütün ölkələrin, xüsusilə də Ermənistan və Azərbaycanın qonşularının iki ölkə arasında atəşkəsin davamlı olmasına təlaş etmələrinin vacibliyinə təkid edərək deyib: “İslam Respublikası Azərbaycan Respublikası xalqı ilə birlikdə işğaldan azad edilmiş bölgələrin bərpası işlərində birgə çalışmağa hazırdır və Bakı hər vaxt köməyə ehtiyac hiss edərsə, İrana güvənə bilər.”
Millət vəkili əlavə edib: “İran şirkətləri inşaat, ticarət, kənd təsərrüfatı, telekommunikasiya və digər sahələrdə yaxşı təcrübəyə, habelə texnologiyaya malikdir və azad edilmiş Qarabağ ərazilərində yenidənqurma işlərinin sürətləndirilməsində təsirli ola bilər.”
İslami Şura Məclisinin rəyasət heyətinin üzvü iqtisadi, ticarət və digər bütün sahələrdə Azərbaycan Respublikası ilə əməkdaşlığa yaxşı baxdıqlarını vurğulayaraq deyib: “Əməkdaşlıqların güclənməsi paralel və hərtərəfli olmalıdır. Hökumət də iqtisadi diplomatiya sahəsində ciddi səy göstərməlidir, İran şirkətləri və özəl sektorlarının itirakı üçün zəminə yaratmalıdır.”
Mütəfəkkirazad vurğulayıb: “Ötən 30 ildə İran İslam Respublikası Ermənistanın işğal etdiyi sərhədləri rəsmi olaraq tanımamışdır, həmin bölgələrdə ticarət, iqtisadi və sənaye fəaliyyətlərini dayandırmışdır. Məsələn bu bölgədə tikilmiş su anbarı istifadəsiz qalmışdır. Qarabağ işğalda olduğundan onunla sərhəd bölgələrdəki potensialların istifadəsi dayandırılmışdır. Bu ərazilərin Azərbaycan Respublikasına qayıtması ilə İran və Azərbaycan tərəfinin xeyrinə olaraq fəaliyyətləri yenidən başlamaq olar.”
İran və Azərbaycan Respublikası xalqları və parlamentlərinin bir-birinə daha artıq yaxınlaşması istiqamətində ictimai və parlament diplomatiyasından istifadə etməyin vacibliyini vurğulayan millət vəkili deyib: “Məclis həm münasibətlərin daha da yaxşılaşdırılması, həm də şəraitin yaranması üçün parlament diplomatiyasından faydalanmalıdır. Parlament dostluq qrupları iki ölkə baxışlarını bir-birinə yaxınlaşdırmağa köməkçi ola bilərlər.”