Ötən gün 28 dekabr tarixində Marneulidə “Şəhadət, İzzət və Azadlıq” mövzusunda seminar keçirilib. seminar Marneuli Əhli-Beyt (ə) Cəmiyyətinin Hüseyniyyəsində baş tutub.
Arannews- İslamtimes ; Mərasim din müəllimi Kamran Məmmədovun aparıcılığı ilə, ilk öncə Quran qarisi Rza Cəfərinin müqəddəs ayələrin tilavəti ilə başlayıb. Mərasimdə Gürcüstan Müsəlmanlar İdarəsinin şeyxi Ramin İgidov, Beynəlxalq Əlmustafa universtetinin Gürcüstan üzrə yeni təyin edilən nümayəndəsi cənab Həsən Yusifzadə və həmçinin Beynəlxalq Əlmustafa universtetinin Gürcüstan üzrə keçmiş nümayəndəsi Davud Zari çıxış ediblər. Çıxış edən natiqlər istər Qarabağda istərsə də digər islam torpaqları uğurunda canlarından keçən şəhidlərdən bəhs ediblər. Qeyd olunub ki, şəhidlər iki qismə bölünə bilər – Vətən və Ümmət şəhidi. Mərasimdə qeyd olunub ki, Polad Həşimov və Sərdar Qasimi həm vətən həm də ümmət şəhididirlər. Çıxışlarda həmçinin dünyada gedən proseslər o cümlədən ekstermist addımlar terror aktları işğalçılıq siyasəti də ciddi tənqid olunub. Baş tutan seminara Azərbaycandan “DEVAM”ın sədri, ilahiyyatçı – filosof Hacı İlqar İbrahimoğlu, İran İslam Respublikasından Ayətullah Xameneinin Ərdəbil üzrə nümayəndəsi höccətülislam Seyid Həsən Amuli, Azərbaycandandan Ayətullah Xameneinin Qafqaz üzrə xüsusi nümayəndəsi höccətülislam Seyid Əli Əkbər Ocaqnejad və Qüds telekanalının rəhbəri Nürəddin Şirin də qatılıb. Mərasimdə həmçinin Gürcüstan Əhli-Beyt (ə) cəmiyyətinin sədri Hacı Rasim Məmmədov, İmam Cümələr Hacı Hacıyev, Hacı Əziz Nəbiyev və digər din xadimləri eyni zamanda ictimaiyyət nümayəndələri də iştirak ediblər.