Tarix : 2021 Jan 01
Kod 60703

Azərbaycanda həyata keçirilən ictimai addımda Bakı və Tehran həmrəyliyinin nümayişi

Azərbaycan İslam Partiyasının üzvləri şəhid Polad Həşimovun məzarı üzərinə gül qoyduqdan və Fatihə oxuduqdan sonra İran İslam Respublikasının Azərbaycan Respublikasındakı səfirliyinə gəliblər və Amerikanın şəhid general-leytinant Hacı Qasim Süleymanini terror etməsi cinayətini pisləyiblər.
Arannews- Televiziya və Radio Şirkətinin İnformasiya Mərkəzinin verdiyi xəbərə görə, Azərbaycan Respublikası ordusunun generalı şəhid Polad Həşimovun doğum günü (2 yanvar) və general Süleymaninin şəhadət ildonümü (3 yanvar), habelə İslam Peyğəmbərinin (s) qızı həzrət Fatimə Zəhranın (ə) şəhadət günləri ərəfəsində Azərbaycan İslam Partiyasının üzvləri şəhid Polad Həşimovun məzarı üzərinə gül qoyduqdan və şəhidin ruhuna Fatihə oxuduqdan sonra İranın Bakıdakı səfirliyinə gəliblər, İslam yolu və torpağının, müqavimət cəbhəsinin əsgərinin şəhadəti münasibətilə təbrik və başsağlığı verməklə yanaşı, Amerikanın terror cinayətini və general-leytinant şəhid Hacı Qasim Süleymaniyə qarşı namərdcəsinə terror həyata keçirən Amerikanın ləyaqətsiz başçılarının hərəkətini pisləyiblər.
Bu mənəvi tədbirdə iştirak edənlər Azərbaycan Respublikası xalqının təmsilçisi kimi iki qardaş və dost qonşu ölkə müsəlmanlarının vəhdətini nümayiş etdiriblər.
İran və Azərbaycanın müsəlman xalqları neçə illər ən yaxşı cavanlarını hədiyyə etməklə öz müstəqilliklərini qoruyublar. Bir gün İran xalqı Xürrəmşəhri Allahın köməyi ilə İranın ağuşuna qaytardı, bu il də Azərbaycan Respublikasının müsəlman və hüseynçi ordusu dişi və dırnağı ilə, canından keçməklə və qəhrəmancasına döyüşməklə Allahın köməyi ilə işğal olunmuş torpaqlarının əsas hissəsini azad etdi.
İran və Azərbaycanın qeyrətli övladları torpaqlarını işğal edənlərə qarşı mübarizə cəbhəsində Allahu Əkbər, Ya Hüseyn şüarları səsləndirdilər, öz əzizləri ilə vidalaşan şəhid ataları, anaları, bacı-qardaşları dəfn mərasimlərində Ya Hüseyn şüarları verdilər. Hətta bir çox ata-analar öz şəhid övladları ilə vida mərasimində övladlarına deyil, şəhidlər sərvəri həzrət İmam Hüseynə (ə) ağladılar.
İran və Azərbaycan xalqları yer üzünün ən yaxın və ən oxşar xalqlarıdır. Baxmayaraq ki, bu iki ölkənin düşmənləri və bədxahları media uydurmaları və məkirli planlarını işə salaraq bir din, məzhəb və soydan olan iki ölkə xalqları arasında ayrılıq salmağa səy edirlər.

 
  • Yazılıb
  • da (də) 2021 Jan 01
  • Göndərən مدير سايت Aran News