Tarix : 2021 Jan 02
Kod 60711

Venesuelalı jurnalist: Azərbaycanlı döyüşçülərin Qarabağı azad etmədə nümunəsi Şəhid Süleymani idi

Siboney Del Rey; venesuelalı jurnalist və sülh aktivisti: Şəhid General Süleymani İraq əsgərlərinə öz ölkələrini parçalanmadan xilas etmədə, Suriya əsgərlərinə İŞİD-i məhv etmədə, Azərbaycan Respublikası əsgərlərinə Qarabağ torpağını azad etmədə, Yəmən əsgərlərinə müstəqilliyi qorumada, Əfqanıstan əsgərlərinə təcavüz və dini radikalizmlə mübarizədə və sairlərinə nümunə idi. Dünya onu unutmayacaq.
AranNews – Siboney Del Rey; venesuelalı jurnalist, müəllimə, sülh aktivisti və şairə, General Qasim Süleymaninin şəhadətinin ildönümü münasibətilə bir video paylaşaraq, onu imperializm və onun dünyanın şərqindən qərbinə qədər olan müttəfiqlərilə mübarizədə bir nümunə saymış və unudulmaz şəxsiyyət adlandırmışdır. Onun sözlərini sizin diqqətinizə çatdırırıq:
Salamun ələykum.
İran İslam Respublikasının rəhbəri Ayətullah Seyid Əli Xamənei və İran prezidenti Həsən Ruhaniyə salam deyirəm.
İnsanların izzəti, hörməti, asayişi və şərafəti üçün mübarizə aparan və öz aramlıqlarını dünya əhalisinin hamısının aramlığında axtaran bütün böyük qadın və kişilərə salam deyirəm.
Süleymani (radikalları və ölkələri parçalamaq proyektləri ilə mübarizə apararaq) sərhədləri qoruyan bir şəxsiyyət idi. O, dünyadakı müstəqil ölkələrin qula çevrilməsi qarşısında bir maneə idi.
Süleymani İraq əsgərləri və mübarizlərinə öz ölkələrini parçalanmadan xilas etmədə, Suriya əsgərlərinə İŞİD və radikalları məhv etmədə, Azərbaycan Respublikası əsgərlərinə Qarabağ torpağını azad etmədə, Yəmən əsgərlərinə müstəqilliyi qorumada, Əfqanıstan əsgərlərinə təcavüz və dini radikalizmlə mübarizədə və sairlərinə nümunə idi.
Amerika və onun İsrail və başqaları kimi doyumsuz müttəfiqləri dünya təhlükəsizliyini təhlükə ilə üzləşdirdilər və Şəhid Süleymani bizim dünyamıza asayişin qayıtması üçün öz canını qurban verdi. Həqiqətdə o, asayişi bütün dünyaya hədiyyə etdi.
Belə bir şəxsiyyətin onlarla yanaşı yaşadığı üçün, İran xalqına qibtə edirik və onun İrandakı həmvətənləri kimi, biz də bu iranlı böyük şəxsiyyətin zəhmətləri qarşısında təşəkkür edirik.
Şəhid Qasim Süleymaninin dünyanın hər yerindəki bütün əsgər və heyranlarına deyirəm ki, Süleymani imperializmlə mübarizədə bizim idealımızdır. Biz, müqavimət cəbhəsinin Asiya, Afrika, Avropadan Amerika qitəsinə qədər qələbə çalacağı və sabitlənəcəyi vaxtadək İran İslam Respublikası ilə öz eşq və bağlılığımızı davam etdirəcəyik.
Dünya “Şəhid General Qasim Süleymaninin” izzət və ucalığını unutmayacaq.
Və ələykum salam.
Siboney Del Rey – venesuelalı jurnalist, müəllimə, ümumdünya sülh və həmrəylik aktivisti və şairə.

 
  • Yazılıb
  • da (də) 2021 Jan 02
  • Göndərən جهان کمالی