Tarix : 2021 Jan 02
Kod 60714

General Şəhid Hacı Qasim Süleymani bəzi siyasi və mədəni şəxsiyyətlərin gözündə

General Hacı Qasim Süleymaninin xaincəsinə terror edilməsinin ildönümü ərəfəsində, İran, Rusiya və Suriyanın alimlərindən ibarət şəxslər bu şəhid generalın terrorizmlə amansız mübarizədəki rolu və yeri barədə fikir bildirmişlər.
AranNews - General Hacı Qasim Süleymaninin xaincəsinə terror edilməsinin ildönümü ərəfəsində, İran, Rusiya və Suriyanın alimlərindən ibarət şəxslər bu şəhid generalın terrorizmlə amansız mübarizədəki rolu və yeri barədə fikir bildirmişlər ki, sizin diqqətinizə onların fikirlərinin xülasəsini təqdim edirik:
Rusiya Dumasının beynəlxalq komitəsinin rəhbəri Leonid Slutski:
 General Süleymani bütün ömrünü İslam İnqilabının hədəflərinə qurban verdi və öz adını qızıl hərflərlə İran və dünyada həkk etdi.
 
Məşhur rus filosofu və siyasi analitik Aleksandr Duqin:
General Qasim Süleymani Hazırkı dövr, gələcək və əbədiyyət üçün mübarizə etdi və doğrusu, mənim fikrimcə, Süleymani gələcəyin şəhididir.”
Mən, İranın özündə belə övladlar tərbiyə etdiyi və yetişdirdiyinə görə, sevincimi bildirmək istəyirəm.
O, əlavə etdi: “Süleymani nəinki öz çıxışlarıyla, hətta əməldə də, öz şəhadətilə əbədiyyət barədə şəhadət verirdi. O şəxs ki, əbədi həyata şəhadət verir, məhv və fani ola bilməz. Əksinə, hər dövrdən daha da canlıdır. Şəhid Süleymani belədir.”
İslam məktəbi və Rusiya Ortodoks Kilsəsinin şəhadətə verdiyi tərifə diqqət etsək, onun bərəkətli həyatı və şəhadəti, qibtə olunası İlahi yolda, iman və Allaha xidmət yolunda olmuşdur.
 
Rusiyanın məşhur siyasətçisi Sergey Baburin3 yanvar, Süleymaninin Amerika tərəfindən terror edilməsi ildönümü günü gərək “Ümumdünya beynəlxalq terrorizmlə mübarizə günü” elan edilsin.
Belə ki, bu adlandırma ilə, Süleymaninin xatirə və anımını həmişəlik qorumaq olar və dünyada hərc-mərclik və beynəlxalq terrorizmin qarşısını alarıq.
Süleymanini xatırlamaq və anmaq nəinki ancaq İran və İslam dünyası üçün mühümdür, hətta bu qəhrəmanı anmaq bütün dünya üçün mühüm və əhəmiyyətlidir.
Biz inanırıq ki, haqq İmam Xomeyni (rə) ilə idi. O vaxt ki, öz məktubunda Sovet başçısı Qorbaçova yazmışdı ki, Qərb mənəviyyatın olmadığı üçün, tənəzzül və ölüm ayağındadır. Əgər SSRİ də öz ayinlərinə və dininə qayıtmasa, aradan gedəcəkdir.
Qasim Süleymani çalışırdı ki, əxlaq və mənəviyyat nəinki İran və İslam ölkələrində, hətta bütün dünyada yayılsın.
 
İran İslam Respublikasının Rusiyadakı səfiri Kazim Cəlali:
General Süleymani nəinki bir milli qəhrəman, hətta bütün dünya xalqlarına məxsus bir qəhrəmandır.”
Amerikalılar və onların müttəfiqləri, öz iddialarına baxmayaraq, regionda bir kəndi belə terrorçulardan azad etmədilər. Əgər bu görkəmli şəhidin rəşadətləri olmasaydı, regionun bugünkü vəziyyəti sual altında qalardı.
 
İslam Şura Məclisinin baş katibinin birinci müavini Qazizadə Haşimi:
Şəhid Süleymaninin dindar olması, onun adını və xatirəsini əbədiləşdirir və bütün dünyanı öz vətəni bilməsi, onu kamil bir insana çevirdi.
General Süleymaninin İslam təlimlərinin əsaslarına baxışı, bütün dünyada hər bir məzlumu zalım qarşısında müdafiə etmək idi. Bu məsələni vəzifə məsuliyyəti bilirdi. Bu yolda, millət, cins, tayfa, din və məzhəb əhəmiyyət daşımırdı. Onun bu baxışının aşkar təsirlərindən nümunələr, olduğu hər yerdə qabarıq şəkildə nəzərə çarpırdı.
 
Vəliyyi-fəqihin Sarəllah korpusunun qərargahındakı nümayəndəsi Höccətül-islam Əli Şirazi:
General Süleymani Allah, xalq, ölkəsi və ailəsinin aşiqi idi. Lakin öz həyatını və ailəsinə olan eşqini, Allah, xalq və ölkəsinə olan eşqinə qurban verdi.
 
Suriya Ərəb Respublikasının Moskvadakı səfiri Riyaz Həddad:
“Şəhid Süleymani bizim region üçün icad edilmiş ən təhlükəli təhdid olan təkfirçi terrorizm və onun himayədarları ilə mübarizə edirdi.”
“General Süleymanini şəhadətə çatdıran hiyləgər əl, o çirkin əldir ki, İraq, Suriya və bütün regionda aktiv olan terrorçu qrup və təşkilatlara hərc-mərclik yaratmaq üçün kömək edir. Onun terror edilməsi də, Ağ Evin ona hakim olan dövlətə bağlı olmadan bu qruplaşmalarla əlaqəsinin aydın göstəricisidir.”
 
İranın Rusiyadakı səfirliyinin mədəni əlaqələr müşaviri Qəhrəman Süleymani:
İran İslam İnqilabı nə qədər böyük idisə, o qədər də qaniçən və rəhmsiz düşmənləri vardı və 40 ildən çoxdur ki, İslam İnqilabı və düşmənlərinin bu qarşıdurması davam edir.
Süleymaninin böyük şəxsiyyəti göstərdi ki, xalqlar milli bağlılıq və vəhdət üçün, mütləq tarixdən öncəki əfsanələrin ardınca deyillər. Əksinə, bu əfsanələri hazırkı dövürdən və tarixin bugünkü mətnində olan şəxslərin toplusundan yaradırlar. Şəhid Süleymani İran xalqı və region xalqları üçün hazırkı əsrin belə əfsanələrindən idi.
 
Suriya müharibəsində iştirak edən Rusiya hərbi kontingentinin zabitlərindən Qonçarov:
 Mən 2015, 2017 və 2018-ci illərdə bir neçə dəfə Suriyaya getmişdim. Bu ölkədə Xüsusi Təyinatlı Qüvvələrə komandanlıq vəzifəsilə terrorizm əleyhinə bir neçə hərbi əməliyyatda əmrlə iştirak etmişəm.
General aram və çox şücaətli bir şəxs idi. Özünün başqalarından daha yüksək səlahiyyətdə olmasını göstərməyə çalışmamasına baxmayaraq, onun komandan olması tamamilə aydın olurdu. Mən demirəm ki, onunla dost idim. Amma, onunla görüşdüyüm 20 dəqiqə kifayət edirdi ki, onu ömür boyu unutmayım. O, İranın qəhrəmanı və Suriyanın qəhrəmanı idi.
  • Yazılıb
  • da (də) 2021 Jan 02
  • Göndərən جهان کمالی